Qazax Information Center

Yeni WordPress Saytı

Archive for May, 2010

İncə dərəsi batalyonu

May 28, 2010 By: qazax Category: Qehramanlar

Erməni təcavüzkarlarının işğalçı hücumları Qazax rayonun Kəmərli,Qaymaqlı,Aslanbəyli kəndlərindən də yan keçməmişdi.Hələ 1988-ci illərdən başlayaraq intensiv olmasa da ermənilər Kəmərli əhalisinin arasında problemlər başlamışdı.1990 -cı illərdən başlayaraq ermənilər kəndləri atəşə tutmağa başladı. (daha&helliip;)

“Artilleriyanın Allahı” – Əliağa Şıxlinski

May 28, 2010 By: qazax Category: Qehramanlar

Azərbaycanımızın qəhrəman övladları keçdikləri şanlı döyüş yolu ilə bu xalqın hərb tarixinin qızıl səhifələrini yaratmışlar. Qanlı-qadalı müharibələrdə bu torpaq düşmənə sarsıdıcı zərbələr vura bilən, hərbi taktiki gedişləri yüksək peşəkarlıqla mənimsəyən yüzlərlə generallar yetirmişdir. Onlardan biri də Azərbaycan hərb tarixində öz sözünü demiş, artilleriya general-leytenantı Əliağa Şıxlinskidir.
Şıxlinski Əliağa İsmayıl Ağa oğlu 1865-ci il aprel ayının 23-də Azərbaycanın keçmiş Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi.

(daha&helliip;)

ŞIXLİNSKİ ELÇİN İSMAYIL OĞLU (ELÇİN ŞIXLI)

May 28, 2010 By: qazax Category: Məşhurlar

1957-ci il oktyabrın 4-də  anadan olmuşdur.
1964-cə ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə 1974-cü ildə də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

(daha&helliip;)

İsmayıl Şıxlı

May 28, 2010 By: qazax Category: Məşhurlar

Şıxlınski İsmayıl Qəhrəman oğlu martın 22-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). (daha&helliip;)

Səməd Vurğun

May 28, 2010 By: qazax Category: Məşhurlar

Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı il martın 21-də Qazaxın Yuxarı Salahlı kəndində Vəkilovlar ailəsində doğulmuşdur. Anası Məhbubə xanımı 6 yaşında itirən Səmədin tərbiyəsi ilə nənəsi Ayişə xanım məşğul olmuşdur.
(daha&helliip;)

Tags: , , , ,

Molla Pənah Vaqif

May 28, 2010 By: qazax Category: Məşhurlar

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. Müəllimlərindən biri də   Şəfi əfəndi olmuşdur.  (daha&helliip;)

Gəncə-Qazax İqtisadi Rayonu

May 28, 2010 By: qazax Category: Qazax İnfo

Azərbaycanın 2-ci böyük iqtsadi rayonu

Ərazisi- 12,48 min km2, Əhalinin sayı- 1143,1 min nəfər, (1 yanvar 2007-ci il), Əhalinin sıxlığı- 1 km2 92 nəfər (1 yanvar 2007-ci il). Gəncə-Qazax iqtisadi rayonuna daxildir: Qazax rayonu, Ağstafa rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri, Goranboy rayonu, Xanlar rayonu, Naftalan şəhəri, Samux rayonu, Şəmkir rayonu, Tovuz rayonu.

(daha&helliip;)

Qədim Tariximiz Yenidən Yazılmalıdır

May 28, 2010 By: qazax Category: Qazax İnfo

Ağstafada aşkarlanan qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar bir sıra ehtimalları alt-üst edib

Tapılan nümunələrdən məlum olur ki, bu ərazilərdə əkinçilik mədəniyyəti daş dövrünün sonlarından etibarən formalaşıb. Amma indiyədək tarixçilər hesab edirdilər ki, Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində əkinçilik mədəniyyəti neolit dövrünün ikinci mərhələsində Yaxın Şərq mədəniyyətlərinin təsiri altında yaranıb. (daha&helliip;)

Tags: , , Qədim Tariximiz Yenidən Yazılmalıdır,

Qazaxda Qədim Yaşayış Məskəni Aşkarlanıb

May 28, 2010 By: qazax Category: Qazax İnfo

Qazax rayonunun Çaylı kəndində yaşı 3 min il olan yaşayış məskəni tapılıb


Bu barədə SİA-nın Qərb Bürosuna ərazidə tədqiqat aparan Arxeoloji Ekspedisiya Komissiyasının sədri Şamil Nəcəfov məlumat verib.

(daha&helliip;)

Səyyar təxəllüslü Ləzgiyev Vəli

May 25, 2010 By: qazax Category: Qehramanlar

“Səyyar” təxəllüslü Vəli Ləzgiyev 1909-cu ildə Qazax şəhərnin Kəmərli kəndində dünyaya göz açıb.İbtidai təhsilini Kəmərli kəndində almış Vəli Ləzgiyev.orta təhsilini Qazax Pedaqoji Texniumunda tamamlamışdır.1938-ci ildə Tiflisdə iki illik Müəllimlər institunu bitirib,orta məktəblərdə dərs demək hüququnu almışdır. II Dünya Müharibəsi illərində Vəli Ləzgiyev Almanlara əsr düşmüş,lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmiişdir.

(daha&helliip;)