Qazax Information Center

Yeni WordPress Saytı

Archive for Oktyabr, 2010

Eldar Nəsibli Sibirel

Oktyabr 26, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Şair Eldar Nəsibli Sibirel 2010, 11 oktyabrda Qazaxda baş verən avtomobil qəzasında  həlak olmuşdur. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüzünlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

Eldar Nəsibli Alı oğlu ( Eldar Nəsibli Sibirel ) – 18.5.1952-ci ildə Tomsk vilayəti,Baxçar rayonunda anadan olub.Orta məktəbi Qazax rayonunun İkinci Şıxlı kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.(1969-1974).Həmin vaxtdan “Elm və Həyat” jurnalı redaksiyasında ədəbi işçi,baş ədəbi işçi,şöbə müdiri vəzifələrində işləmişdir.1984-cü ildən 1990-cı ilə qədər həmin jurnalın məsul katibi olmuşdur.1990-1995-ci illərdə “Mərhəmət”jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.”Azərbaycan” qəzetinin qərb bölgəsi- Qazax,Ağstafa,Tovuz,Gədəbəy,Daşkəsən üzrə müxbiri olmuşdur. (daha&helliip;)

Qazax-Kəmərli

Oktyabr 23, 2010 By: qazax Category: Foto

[flgallery id=10 /]

“Qazağı” rəqsi

Oktyabr 22, 2010 By: qazax Category: Video

“Qazağı” rəqsi      Танец “Казахи”       “Gazakhi” dance

Qazax öz xalq sənətkarları, aşıqları ilə tanılır. Xalq musiqiçilərinin yaratdığı döyüş ruhlu, zövq oxşayan, xalqın istək və arzularını ifadə edən musiqilər nəsillərdən nəsillərə keçərək öz əksini milli rəqslərimizdə tapıb. Qazax elində ən geniş yayılan rəqslərdən “Qazağı” rəqsidir. (daha&helliip;)

“Dilboz” atı

Oktyabr 20, 2010 By: qazax Category: Qazax İnfo

“Dilboz” atı  –  horse

Azərbaycanın təbii-coğrafi şəraiti ilə əlaqədar olaraq burada minilliklər boyu atçılıq inkişaf edib. Dünyada məlum olan 160 at cinsindən ikisi – Qarabağ və Qazax (Dilboz) cinsi bizim ölkəmizdə yaranıb.

Qazax atı Qazaxda formalaşan və Qərbi Azərbaycanda, qismən Ermənistan və Gürcüstan ərazisində yayılmış at cinsidir. Bu cins seleksiya yolu ilə tarixən inkişaf edən qədim Azərbaycan cinsidir. XVIII əsrə qədər cins öz təmizliyini saxlamış, XVIII əsrdən sonra isə yerli Qazax atı Ərəb atları ilə çarpazlaşmışdır. Sonralar cinsin yaxşılaşdırılması üçün Qarabağ atından da istifadə olunmuşdur. Qazax at cinsinin adı zaman keçdiksə bir neçə dəfə dəyişib, ona  “Dəliboz”, “Diliboz”, “Dilbaz”,  “Dilboz” da deyirlər. (daha&helliip;)