Qazax Information Center

Yeni WordPress Saytı

Qazax Dövlət Rəsm Qalereyası

Fevral 14, 2011 9. 609 views By: qazax Category: Qazax İnfo

Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur.


2005-ci və 2008-ci illərdə qalereya əsaslı təmir olunmuş, tamamilə simasını dəyişib əhalinin ixtiyarına verilmişdir. 2008-ci ildə respublika Prezidenti İlham Əliyev Qazax rayonunda olarkən bu qalereyanın işi ilə yaxından tanış olmuşdur.

Leave a Reply