Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Archive for İyun, 2009

Dərviş Vəli Xramçaylı

İyun 12, 2009 By: qazax Category: Şairlər və Yazıçılar

Vəli Xramçaylı 1955-ci il aprel ayının 27-də Sibirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan təbiəti» jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hal-hazırda «Ocaq» qəzetinin təsisçisi və baş redaktorudur. 80-ci illərdən dövri mətbuatda şeirlərlə çıxış edib. Beş şeir kitabının müəllifidir.
Vəli Xramçaylının son illərdə yazdığı kitablardan biri də «Şairin kitabı»dır. Şair bu kitabda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığın ən gözəl çağlarından yazıb.
Kitabdakı şeirlər Oxucunun qəlbinin dərin tellərinə toxunur. Ələlxüsus kitabdakı vətən həsrəti ilə bağlı şeirlər hər bir insanın vətənini, doğulduğu yerləri xatırlamasına, vətəni haqda dərin düşüncələrə dalmasına səbəb olur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız keçirdiyi günlərdə çəkdiyi əzablar öz əksini tapır. (daha&helliip;)