Qazax Information Center

Yeni WordPress Saytı

Archive for the ‘Fexrlerimiz’

Nigar Şixlinskaya

Dekabr 29, 2010 By: qazax Category: Fexrlerimiz

Nigar Şixlinskaya (1878 – 1940)

Nigar Hüseyn Əfəndi qızı Şixlinskaya 1878-ci ildə  anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur. Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.

General Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xaç” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım gecə-gündüz bilmədən bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir. Əliağa Şıxlinski öz xatirələrində yazmışdır: ”Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur.” (daha&helliip;)

El pəhləvanı Məhəmmədəli Qazaxlı

Noyabr 11, 2010 By: qazax Category: Fexrlerimiz

İbrahimov Məmmədəli 1914-cu ildə Qazaxda anadan olmuşdur.1930 cu ilde Bakı təyyarəçilik məktəbini qurtarıb,1933 cu ildə Ali Hərbi Akademiyaya qəbul olmuş,bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir.Bundan başqa rus dili ve edebiyyatı muəllimi kimi də Qazağın müxtəlif kəndlərinin məktəblərində çalıshmışdır. 1946 ci ildə Yunan-Roma güleəşi üzrə SSSR-i çempionu olmuşdur.1949 cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır ve ömrünün sonuna qədər orada çalışmışdır.bununla bərabər əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşudur.Əməkdar incəsənət xadimi olmuşdur. 1977 ci il 9 aprel tarixində vəfat etmişdir. Hal hazırda Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.

Mədinə xanım Qiyasbəyli

Sentyabr 26, 2010 By: qazax Category: Fexrlerimiz

Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq və ictimai xadim M. Qiyasbəyli 1889-cu ildə Qazax rayonunun Salahlı kəndində anadan olub.

1904-cü ildə Tiflisdə «Müqəddəs Nina» rus qız məktəbini bitirib. 1906-cı ildə Salahlı kəndində ilk rus qız məktəbini açmışdır. Bu, Zaqafqaziyada ilk qız məktəbi olmuşdur. (daha&helliip;)

Tags: , , , , Mədinə xanım Qiyasbəyli, ,

ALI MUSTAFAYEV

Sentyabr 10, 2010 By: qazax Category: Fexrlerimiz, Qehramanlar

MUSTAFAYEV ALI MUSTAFA oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuşdur. 1976-cı ildə hazırki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Cəsur jurnalist dəfələrlə qynar döyüş nöqtələrinə getmiş reportajlar hazırlamışdı. Alı bir neçə dəfə vertolyot qəzasına düşsə də, ölümün gözünə dik baxaraq Qarabağa gedər, müxtəlif döyüş bölgələrindən reportajlar hazırlayardı. (daha&helliip;)

Isa Abdullayev

İyul 29, 2010 By: qazax Category: Fexrlerimiz

Abdullayev İsa Mədəd oğlu 1945-ci il, aprel ayının 12-də Azərbaycan SSR-in Qazax rayonunun I Şıxlı kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbini qızıl medalla bitirərək, Azərbaycan Neft və Kimya İnsitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuş, 1968-ci ildə Lenin təqaüdçüsü olaraq institutu “Avtomatika və telemexanika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.  (daha&helliip;)

Baba Mirzəyev Mahmud oğlu

İyul 09, 2010 By: qazax Category: Fexrlerimiz, Musiqi

Azərbaycanın xalq artisti.
( 7.11.1940 – 6.12.2006 )
(daha&helliip;)

Tapdıq Əliyev

İyul 09, 2010 By: qazax Category: Fexrlerimiz

Əlipaşa oğlu

(1.7.1945)

Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrü fatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993). (daha&helliip;)

Əlimərdan bəy Topçubaşov

İyul 01, 2010 By: qazax Category: Fexrlerimiz

Əlimərdan bəy Topçubaşov Azərbaycanın görkəmli siyasi xadimlərindən, diplomatlarından və hüquqşünaslarından biri.

Atası-Ələkbər Topçubaşov,  Anası-Qazaxlı  Sevər xanım Vəkilova  (daha&helliip;)

Tags: Əlimərdan bəy Topçubaşov

Qaçaq Kərəm

İyun 26, 2010 By: qazax Category: Fexrlerimiz, Qazax İnfo, Qehramanlar

On beş il qaçaqlıq elәyən Qaçaq Kәrəm 1860-cı ildə  Qazax qəzasının Qıraq-Kәsәmәn kəndindә anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndәr kәndlilәrin һaqqını müdafiә etdiyi üçün qolları qandallanıb, Sibirә sürkün edilmişdir. Lakin sürkündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgәndәr öldürüldükdən sonra onun yarağını oğlu Kərәm götürmüşdür. (daha&helliip;)

Tags: , , Qaçaq Kərəm,

Mürsəl Həkimov

İyun 01, 2010 By: qazax Category: Fexrlerimiz

Həkimov Mürsəl İsmayıl oğlu – ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989).

Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. (daha&helliip;)