Qazax Information Center

Yeni WordPress Saytı

ALI MUSTAFAYEV

Sentyabr 10, 2010 1. 752 views By: qazax Category: Fexrlerimiz, Qehramanlar

MUSTAFAYEV ALI MUSTAFA oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuşdur. 1976-cı ildə hazırki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Cəsur jurnalist dəfələrlə qynar döyüş nöqtələrinə getmiş reportajlar hazırlamışdı. Alı bir neçə dəfə vertolyot qəzasına düşsə də, ölümün gözünə dik baxaraq Qarabağa gedər, müxtəlif döyüş bölgələrindən reportajlar hazırlayardı. 20 noyabr 1991-ci il ermənilərin Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törətdikləri ağılasığmaz vəhşiliklərlə yerində tanış olmaq üçün gedən vertolyot erməni silahlıları tərəfindən vuruldu. Bu hadisə bir daha bütün dünyaya ” ” dərsi keçən ermənilərin vandalizmindən, terrora güvənmələrindən xəbər verirdi. 23 nəfər say seçmə adam bu qəza zamanı faciəli surətdə həlak oldu…Alı Musatafayev də onların arasında idi, Vətən övladının ömürü də adı kimi qısa oldu…Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Respublikanın Əməkdar Jurnalisti” adına da layiq görülmüşdür.

Bakının Nərimanov rayonundakı 202 saylı məktəb, Bakı küçələrindən biri qəhrəmanımızın adını daşıyır.

Leave a Reply