Qazax Information Center

Yeni WordPress Saytı

El pəhləvanı Məhəmmədəli Qazaxlı

Noyabr 11, 2010 By: qazax Category: Fexrlerimiz

İbrahimov Məmmədəli 1914-cu ildə Qazaxda anadan olmuşdur.1930 cu ilde Bakı təyyarəçilik məktəbini qurtarıb,1933 cu ildə Ali Hərbi Akademiyaya qəbul olmuş,bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir.Bundan başqa rus dili ve edebiyyatı muəllimi kimi də Qazağın müxtəlif kəndlərinin məktəblərində çalıshmışdır. 1946 ci ildə Yunan-Roma güleəşi üzrə SSSR-i çempionu olmuşdur.1949 cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır ve ömrünün sonuna qədər orada çalışmışdır.bununla bərabər əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşudur.Əməkdar incəsənət xadimi olmuşdur. 1977 ci il 9 aprel tarixində vəfat etmişdir. Hal hazırda Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.

Kəmərli güləş məktəbi

Aprel 23, 2010 By: qazax Category: Idman

Pərviz Mustafayev

17.01.2010   tarixində  Bakıda M.İsayevin xatirəsinə  həsr olunmuş beynalxalq turnirdə Kəmərli güləş məktəbinin yetirməsi Pərviz Mustafayev 55 kq çəki dərəcəsində finalda İranlı rəqibini yenərək turnirin QIZIL medalına sahib oldu.

Xüsusi ilə onu da qeyd edək ki, Parviz Mustafayev 55 kq-da   İKİ qat Azərbaycan çempionudur.

(daha&helliip;)

Yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı

Aprel 15, 2010 By: qazax Category: Idman

Yunan-Roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı

Yeniyetmələrin VI Respublika Oyunlarının proqramına daxil olan yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışında Sumqayıt, Gəncə, Qazax, Daşkəsən, Yevlax, Goranboy, Mingəçevir, Balakən, Göyçay, Füzuli, Zəngilan, Şəki şəhər və rayonlarından 110 idmançı iştirak etmişdir:

(daha&helliip;)

Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.

Aprel 14, 2010 By: qazax Category: Idman

Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.

2008-ci ildə keçirilən yeniyetmələrin VI respublika oyunlarında Qazax idmançıları 7 idman növü üzrə iştirak edərək 4-ü qızıl olmaqla 12 medal əldə etmişlər. Ağır atletika üzrə yığma komanda həmin yarışlarda komanda hesabında birinci yeri tutmuşdur. İtaliyada keçirilən Kunq-fu üzrə Dünya çempionatında 2 nəfər qazax idmançısı gümüş medal qazanmışdır.

(daha&helliip;)