Qazax Information Center

Yeni WordPress Saytı

El pəhləvanı Məhəmmədəli Qazaxlı

Noyabr 11, 2010 By: qazax Category: Fexrlerimiz

İbrahimov Məmmədəli 1914-cu ildə Qazaxda anadan olmuşdur.1930 cu ilde Bakı təyyarəçilik məktəbini qurtarıb,1933 cu ildə Ali Hərbi Akademiyaya qəbul olmuş,bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir.Bundan başqa rus dili ve edebiyyatı muəllimi kimi də Qazağın müxtəlif kəndlərinin məktəblərində çalıshmışdır. 1946 ci ildə Yunan-Roma güleəşi üzrə SSSR-i çempionu olmuşdur.1949 cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır ve ömrünün sonuna qədər orada çalışmışdır.bununla bərabər əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşudur.Əməkdar incəsənət xadimi olmuşdur. 1977 ci il 9 aprel tarixində vəfat etmişdir. Hal hazırda Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.