Qazax Information Center

Yeni WordPress Saytı

Archive for the ‘Qehramanlar’

İtalyanın Milli Qəhrəmanı Qazaxlı Tahir İsayev

Yanvar 10, 2011 By: qazax Category: Qehramanlar

Tahir İsayev Qazax rayonunda Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açmışdır. Müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu. (daha&helliip;)

Qazax mücahidləri!

Noyabr 26, 2010 By: qazax Category: Qehramanlar

Qazax mücahidləri!
1921-ci ilde Azerbaycandan Türkiyənin Amasya bölgəsinə geden və Türkiyədə mezalim eden Rum Cetelerine karşı Türk halkini qorumaq üçün Karaağac kəndine köməyə gedən Qazaxlı könüllülər.


Şəkildəkilər:

1 . Teze Mahmut Azari (Mahmud koxa)- Yuxarı Salahlı.
2. Qara -Yuxarı Salahlı
3. Şahvelet Kazak- Yuxarı Salahlı.
4. Qubadan olan şexsdir.
5. İlyas kisi (Topal İlyas)- Daş Salahlı.
6. Medet Bey Annaxlı- Yuxarı Salahlı.
7. Kinyaz Bey- Şıxlı.
8. Yasin Bey Miralayef- Daş Salahlı.
9. Penax bey Vekilov- Yuxarı Salahlı.
10. Nazif Bey Miralayev- Daş Salahlı.
11. Hacı Mahmud Efendinin oğlu Hacı Veyisin böyük oğlu İbrahim Efendidir- İnce deresi..
12. Necefoğlu- İnce Deresinden.
13. Alı Bey Şıxlınski-
Birinci Şıxlı.
14. Alı beyin qardaşı Kazım Bey Şıxlınski- Birinci Şıxlı.
15. Medet Beyin emisi oğlu Mehemmet Bey Annaxlı- Yuxarı Salahlı.
16. Medet Beyin qardaşı Hüseyin Bey- Yuxarı Salahlı. niz size gonderebilerem.


Şəkil 1944-cü ildə çəkilib

(Yusif Əfşara material üçün təşəkkürlər)

ALI MUSTAFAYEV

Sentyabr 10, 2010 By: qazax Category: Fexrlerimiz, Qehramanlar

MUSTAFAYEV ALI MUSTAFA oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuşdur. 1976-cı ildə hazırki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Cəsur jurnalist dəfələrlə qynar döyüş nöqtələrinə getmiş reportajlar hazırlamışdı. Alı bir neçə dəfə vertolyot qəzasına düşsə də, ölümün gözünə dik baxaraq Qarabağa gedər, müxtəlif döyüş bölgələrindən reportajlar hazırlayardı. (daha&helliip;)

Qaçaq Kərəm

İyun 26, 2010 By: qazax Category: Fexrlerimiz, Qazax İnfo, Qehramanlar

On beş il qaçaqlıq elәyən Qaçaq Kәrəm 1860-cı ildə  Qazax qəzasının Qıraq-Kәsәmәn kəndindә anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndәr kәndlilәrin һaqqını müdafiә etdiyi üçün qolları qandallanıb, Sibirә sürkün edilmişdir. Lakin sürkündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgәndәr öldürüldükdən sonra onun yarağını oğlu Kərәm götürmüşdür. (daha&helliip;)

Tags: , , Qaçaq Kərəm,

İbrahim ağa Usubov

İyun 24, 2010 By: qazax Category: Qehramanlar

İbrahim ağa Usubov – Çar Rus ordusunda general-mayor, artilleriya generalı Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuşdur. (daha&helliip;)

Çobanov Şamoy Məhyəddin oğlu

İyun 01, 2010 By: qazax Category: Qehramanlar

19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur.

(daha&helliip;)

İncə dərəsi batalyonu

May 28, 2010 By: qazax Category: Qehramanlar

Erməni təcavüzkarlarının işğalçı hücumları Qazax rayonun Kəmərli,Qaymaqlı,Aslanbəyli kəndlərindən də yan keçməmişdi.Hələ 1988-ci illərdən başlayaraq intensiv olmasa da ermənilər Kəmərli əhalisinin arasında problemlər başlamışdı.1990 -cı illərdən başlayaraq ermənilər kəndləri atəşə tutmağa başladı. (daha&helliip;)

“Artilleriyanın Allahı” – Əliağa Şıxlinski

May 28, 2010 By: qazax Category: Qehramanlar

Azərbaycanımızın qəhrəman övladları keçdikləri şanlı döyüş yolu ilə bu xalqın hərb tarixinin qızıl səhifələrini yaratmışlar. Qanlı-qadalı müharibələrdə bu torpaq düşmənə sarsıdıcı zərbələr vura bilən, hərbi taktiki gedişləri yüksək peşəkarlıqla mənimsəyən yüzlərlə generallar yetirmişdir. Onlardan biri də Azərbaycan hərb tarixində öz sözünü demiş, artilleriya general-leytenantı Əliağa Şıxlinskidir.
Şıxlinski Əliağa İsmayıl Ağa oğlu 1865-ci il aprel ayının 23-də Azərbaycanın keçmiş Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova Azərbaycan ədəbiyyatının korifeylərindən biri olan unudulmaz şairimiz Molla Vəli Vidadinin nəvəsi idi.

(daha&helliip;)

Səyyar təxəllüslü Ləzgiyev Vəli

May 25, 2010 By: qazax Category: Qehramanlar

“Səyyar” təxəllüslü Vəli Ləzgiyev 1909-cu ildə Qazax şəhərnin Kəmərli kəndində dünyaya göz açıb.İbtidai təhsilini Kəmərli kəndində almış Vəli Ləzgiyev.orta təhsilini Qazax Pedaqoji Texniumunda tamamlamışdır.1938-ci ildə Tiflisdə iki illik Müəllimlər institunu bitirib,orta məktəblərdə dərs demək hüququnu almışdır. II Dünya Müharibəsi illərində Vəli Ləzgiyev Almanlara əsr düşmüş,lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmiişdir.

(daha&helliip;)

Azərbaycanın Milli Qəhrəmanı – ALICANOV RAFİQ CƏFƏR oğlu

Aprel 15, 2010 By: qazax Category: Qehramanlar

ALICANOV RAFİQ CƏFƏR oğlu

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

(daha&helliip;)