Qazax Information Center

Yeni WordPress Saytı

Azərbaycanın Milli Qəhrəmanı – ALICANOV RAFİQ CƏFƏR oğlu

Aprel 15, 2010 By: qazax Category: Qehramanlar

ALICANOV RAFİQ CƏFƏR oğlu

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

(daha&helliip;)