Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

İncə dərəsi batalyonu

May 28, 2010 By: qazax Category: Qehramanlar

Erməni təcavüzkarlarının işğalçı hücumları Qazax rayonun Kəmərli,Qaymaqlı,Aslanbəyli kəndlərindən də yan keçməmişdi.Hələ 1988-ci illərdən başlayaraq intensiv olmasa da ermənilər Kəmərli əhalisinin arasında problemlər başlamışdı.1990 -cı illərdən başlayaraq ermənilər kəndləri atəşə tutmağa başladı. (daha&helliip;)

Azərbaycanın Milli Qəhrəmanı – ALICANOV RAFİQ CƏFƏR oğlu

Aprel 15, 2010 By: qazax Category: Qehramanlar

ALICANOV RAFİQ CƏFƏR oğlu

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

(daha&helliip;)