Qazax Information Center

Yeni WordPress Saytı

İtalyanın Milli Qəhrəmanı Qazaxlı Tahir İsayev

Yanvar 10, 2011 3. 149 views By: qazax Category: Qehramanlar

Tahir İsayev Qazax rayonunda Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açmışdır. Müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu.

Döyüş yoldaşları Tahir İsayevi “Serafino” çağırırdılar. O, “Fiamma Verdi” beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşmuşdur.  Həmyerlimiz leytenant Serafimo 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərmişdir. Göstərdiyi igidliklərə görə T.İsayev yeddi İtaliya Ordeni ilə təltif olunmuşdur. Onların arasında “Yaşıl Məşəl”, “Antonio” ordenləri, “Haribaldi Ulduzu” vardır.

Tahir İsayev haqqında 1974-ci ildə “Onun adı Serafino idi” filmi çəkilmişdir. Qazax rayonu,Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material vardır.



Leave a Reply