Qazax Information Center

Yeni WordPress Saytı

İncə dərəsi batalyonu

May 28, 2010 108 views By: qazax Category: Qehramanlar

Erməni təcavüzkarlarının işğalçı hücumları Qazax rayonun Kəmərli,Qaymaqlı,Aslanbəyli kəndlərindən də yan keçməmişdi.Hələ 1988-ci illərdən başlayaraq intensiv olmasa da ermənilər Kəmərli əhalisinin arasında problemlər başlamışdı.1990 -cı illərdən başlayaraq ermənilər kəndləri atəşə tutmağa başladı.

Bu zaman hər kəndin qeyrətli oğlanları torpağın  nüdafiəsinə başladılar.Erməni işğalçıları yaxşı silahlansalar da İncədərəsinin mərd oğullarının qüruruna,mərdlik və əzminə təsir edə bilmədilər.İncədərəsinin hər igidi Vətən fədaisidir.Hücumlara baxmayaraq Kəmərli əhalisi geri çəkilmədi.Çünki hamı öz mərd oğullarına inanırdılar.Neçə-neçə oğullarımız şəhid oldu.Bu qəhrəmanlıq hər bir İncəlinin yaddaşında qəhrəmanlıq dastan salnaməsi kimi həkk olunub.Hər bir Azərbaycanlı öz qəhrəmanları ilə fəxr edir.VƏTƏN SAĞ OLSUN !!!

Leave a Reply