Qazax Information Center

Yeni WordPress Saytı

Səyyar təxəllüslü Ləzgiyev Vəli

May 25, 2010 125 views By: qazax Category: Qehramanlar

“Səyyar” təxəllüslü Vəli Ləzgiyev 1909-cu ildə Qazax şəhərnin Kəmərli kəndində dünyaya göz açıb.İbtidai təhsilini Kəmərli kəndində almış Vəli Ləzgiyev.orta təhsilini Qazax Pedaqoji Texniumunda tamamlamışdır.1938-ci ildə Tiflisdə iki illik Müəllimlər institunu bitirib,orta məktəblərdə dərs demək hüququnu almışdır. II Dünya Müharibəsi illərində Vəli Ləzgiyev Almanlara əsr düşmüş,lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmiişdir.

Mehdi  Hüseynzadəyə
(silah qardaşım Mehdiyə)
***
Azəri xalqının qəhrəman oğlu
Yayıldı ölkəyə şöhrətin Mehdi
Səninlə şadlanır Azəri xalqı
Layiqdir təltifə,cürətin Mehdi.
***
Əzdin faşistləri DAĞLAR TƏRLANI
Töküldü daşlara car oldu qanı
Hansı xalq yetişdirib bir belə canı ?!
Qoy adınla fexr etsin,millətin Mehdi
***
Atıldın meydana sən oldun Qoçaq
Xain düşmənlərə kəsildin bıçaq
Əsrlər keçsə də,yadigar qalacaq
Xalqının qəlbində hörmətin Mehdi
***
Sən olmadın tabe,şeytana,cinə
Vurdun zərbələri qəni düşmənə
Hayqırıb cumanda düşmən üstünə
Aslandan kəskindir sürətin Mehdi

Leave a Reply