Qazax Information Center

Yeni WordPress Saytı

Qədim Tariximiz Yenidən Yazılmalıdır

May 28, 2010 93 views By: qazax Category: Qazax İnfo

Ağstafada aşkarlanan qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar bir sıra ehtimalları alt-üst edib

Tapılan nümunələrdən məlum olur ki, bu ərazilərdə əkinçilik mədəniyyəti daş dövrünün sonlarından etibarən formalaşıb. Amma indiyədək tarixçilər hesab edirdilər ki, Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində əkinçilik mədəniyyəti neolit dövrünün ikinci mərhələsində Yaxın Şərq mədəniyyətlərinin təsiri altında yaranıb.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi yaxınlığında aşkarlanmış qədim yaşayış məskənində arxeoloji qazıntılara başlayıb.

İnstitutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli SİA-ya bildirib ki, sözügedən ərazidə aparılan qazıntı işləri zamanı neolit dövrünün ilkin dövrlərinə aid nümunələr aşkarlanıb ki, bu da indiyədək Azərbaycan ərazisində əkinçilik mədəniyyətinin neolit dövrünün ikinci mərhələsində meydana gəlməsinə dair ehtimalları alt-üst edib.

Tapılan nümunələrdən məlum olur ki, bu ərazilərdə əkinçilik mədəniyyəti daş dövrünün sonlarından etibarən formalaşıb. Amma indiyədək tarixçilər hesab edirdilər ki, Cənubi Qafqazda, eləcə də Azərbaycan ərazisində əkinçilik mədəniyyəti neolit dövrünün ikinci mərhələsində Yaxın Şərq mədəniyyətlərinin təsiri altında yaranıb.

Alimin sözlərinə görə, qazıntı aparılan ərazidən tapılan əşyalar-taxıl üyüdülməsi üçün daş alət, müxtəlif mineral daşlardın düzəldilmiş kəsici alətlər, sümük bizlər və həmin dövrə aid qəbir tarixdə yenilik kimi qiymətləndirilməlidir. Çünki indiyədək nəinki Azərbaycanda, Qafqazda aparılmış arxeoloji qazıntılar zamanı neolit dövrünün ilkin mərhələsinə aid əkinçiliyə dair tapıntılar aşkarlanmayıb.

Nəcəf Müseyibli onu da bildirib ki, qazıntı işləri 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı 5 fevral 2008-ci il tarixli sərəncama əsasən AMEA-ya ayrılmış maliyyə vəsaiti hesabına aparılır. Təxminən iki həftədən sonra arxeoloji təhqiqatlar haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mənbə: sia.az

Tags: , , Qədim Tariximiz Yenidən Yazılmalıdır,

Leave a Reply