Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Qurban Musayev Məmməd oğlu

İyun 20, 2010 By: qazax Category: Məşhurlar, Şer

Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu,İkinci Şıxlı kəndində anadan olmuşdur.Burada kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir.1951-ci ildə Laçının Minkənd adlı kəndinə müəllimlik təyinatını almışdır.1960-70 ci illərdə Qazax rayonunda sarıvəlli kənd orta məktəbinin direktoru  olmuşdur.Dövrü mətbuatda hələ tələbəlik  illərindən  çap olunmağa başlamışdır.Əsasən xalq şeri üslubunda  yazan  şairin  əsərləri  forma və məzmun ,mövzuca zəngin və  rəngarəngdir.” Mən Qoca Palıdam (1991) “, “Mən Ocaq Yeriyəm (1993) ” və ” Mən Belə Qurbanam (1997) ” adlı üç şer  kitabı nəşr olunmuşdur. “Əlaçı maarif işçisi” adına layiq görülüb. (daha&helliip;)

ŞIXLİNSKİ ELÇİN İSMAYIL OĞLU (ELÇİN ŞIXLI)

May 28, 2010 By: qazax Category: Məşhurlar

1957-ci il oktyabrın 4-də  anadan olmuşdur.
1964-cə ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə 1974-cü ildə də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

(daha&helliip;)

İsmayıl Şıxlı

May 28, 2010 By: qazax Category: Məşhurlar

Şıxlınski İsmayıl Qəhrəman oğlu martın 22-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). (daha&helliip;)