Qazax Information Center

Yeni WordPress Saytı

OSMAN SARIVƏLLİ

İyun 08, 2010 By: qazax Category: Məşhurlar

Qurbanov Osman Abdulla oğlu  1905-ci il dekabrın 17-də Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan bir müddət sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bağır – kənd məktəblərində müəllim işləmişdir. Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur.
(daha&helliip;)

Mirvarid Dilbazi

İyun 01, 2010 By: qazax Category: Məşhurlar

Dilbazi Mirvarid Paşa qızı 19 avqust 1912 Qazax rayonunun Musaköy kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan xalq şairi, 1967-ci ildə əməkdar mədəniyyət işçisi, 1973-cü ildə əməkdar incəsənət xadimi, 1932-ci ildə APİ-nin ədəbiyyat və ictimaiyyət fakültəsini bitirmişdir.
(daha&helliip;)

Səməd Vurğun

May 28, 2010 By: qazax Category: Məşhurlar

Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı il martın 21-də Qazaxın Yuxarı Salahlı kəndində Vəkilovlar ailəsində doğulmuşdur. Anası Məhbubə xanımı 6 yaşında itirən Səmədin tərbiyəsi ilə nənəsi Ayişə xanım məşğul olmuşdur.
(daha&helliip;)

Tags: , , , ,

İsa Körpülü

Aprel 17, 2010 By: qazax Category: Şer

QAZAX

Ləhcəsi var şirin-şəkər qəzəldən,
Qəlbi geniş asimandı bil, Qazax.
Şeir, sənət ocağıdır əzəldən,
Söz mülkünə xanimandı, bil, Qazax.
(daha&helliip;)

Tags: , , ,

Aslan Süleymanov Fizuli oğlu

Aprel 17, 2010 By: qazax Category: Qönçə

Aslan Süleymanov Fizuli oğlu 1999-cu ildə ,  şairlər və qəhrəmanlar məkanı Qazax rayonu Kəmərli kəndində dünyaya göz açıb.Vətənpərvər duyğularla böyüyən qabiliyyətli Aslanın Qarabağ şeri ilə tanış olaq…

(daha&helliip;)

İNCƏDƏRƏSİ QIZLARI

Aprel 15, 2010 By: qazax Category: Şer

Sevdirir hər an özünü,
Süzür o qara gözünü.
Deyir, hər an xoş sözünü,
İncədərəsi qızları.

Qazax gözəlidir onlar,
Elin əzəlidir onlar.
Şair qəzəlidir onlar,
İncədərəsi qızları.

Sərin bulaq üstə enən,
Xəyalla alışıb, dönən.
Bəxt ulduzu yanıb, sönən,
İncədərəsi qızları.

Dostluqda saf vəfalıdır,
Könlü coşqun, səfalıdır,
Etibarlı, cəfalıdır,
İncədərəsi qızları.

Uymaz özgə şirin dilə,
Kəmər taxar incə belə,
Sevilər obaya-elə,
İncədərəsi qızları.

Uzun hörüklü teli ilə,
Zəhmətsevər öz əli ilə,
Öyünər Qazax eli ilə,
İncədərəsi qızları.

Aslanbəyli çiçəkləri,
Qaymaqlının göyçəkləri,
Kəmərlinin ləçəkləri,
İncədərəsi qızları.

(müəllif:Sevinc İncəli)

AY INCƏDƏRƏM

Aprel 14, 2010 By: qazax Category: Şer

Qoynunda məclisim xoş keçir hər an,
Xoş günlər keçəsən, ay İncədərəm,
Aman verin xəbər alım sazından,
Şirin söz biçəsən, ay İncədərəm!

Hər kəndinin bir dastanlıq sözü var,
Hər odunun doğma yanan közü var,
Unutma! uzaqda ellər qızı var,
Mənəm sənçün əsən, ay İncədərəm!

Dolandım başına inan ki, xeyli,
Sənə baxan varmı, bəs yad nəzərli?
Kəmərli, Qaymaqlı, baş Aslanbəyli,
Könül oxşar desəm, ay İncədərəm!

Ümidsiz insanam, ümidim oldun,
Həm arxam, dayağım, gərəyim oldun,
Sanma el qızıyam, sən unuduldun,
Sənsiz ki, mən heçəm, ay İncədərəm!

(müəllif: Sevinc Incəli )

Sevinc İncəliyə öz təşəkkürümüzü bildiririk…

(daha&helliip;)

Hardan Biləsən ???

Aprel 13, 2010 By: qazax Category: Şer

Hardan Biləsən ???
(müəllif: Xankişi)

YÜKLƏ
DOWNLOAD
скачать
Download from ~ rapidshare ~
(daha&helliip;)

“Qızıl Tacdı Kəmərlim”

Aprel 13, 2010 By: qazax Category: Şer

qazax

(Müəllif: MƏMMƏD İLQAR)

“Qızıl Tacdı Kəmərlim” şeri


YÜKLƏ
DOWNLOAD
скачать


Download from ~ rapidshare ~

(daha&helliip;)

Gözəl Qazağım

Aprel 13, 2010 By: qazax Category: Şer

Qazax haqqında gözəl bir şer
( Müəllif: MƏMMƏD İLQAR)

“Gözəl QAZAĞIM”

YÜKLƏ
DOWNLOAD
скачать

Download from ~ rapidshare ~

(daha&helliip;)