Qazax Information Center

Yeni WordPress Saytı

ŞIXLİNSKİ ELÇİN İSMAYIL OĞLU (ELÇİN ŞIXLI)

May 28, 2010 578 views By: qazax Category: Məşhurlar

1957-ci il oktyabrın 4-də  anadan olmuşdur.
1964-cə ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə 1974-cü ildə də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.


1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şö’bəsinin müfəttişi işləmişdir.

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir.
1981-ci ilin iyul-avqust aylarında “İnturist” ƏSC Bakı şö’bəsində tərcüməçi işləmişdir.
1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şö’bəsinin referenti olmuşdur.
1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləmişdir.
1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Hey’əti aparatında baş referent olmuşdur.
1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək “Azərbaycan Kommunisti”-“Kommunist Azerbaydjana” jurnalında ədəbi işçi kimi çalışmışdır.
1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək “Ayna”-“Zerkalo” qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək “Al-ver” qəzetinin baş redaktoru,
1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək “Ayna Mətbu Evi” şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
2001-ci ilin yanvarından indiyədək “Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktorudur.
1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.
Evlidir. İki uşağı var.

Azərbaycanın “Əməkdar jurnalisti”dir.

2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Leave a Reply