Qazax Information Center

Yeni WordPress Saytı

Kazım Ağa Salik

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. (daha&helliip;)

ŞIXLİNSKİ ELÇİN İSMAYIL OĞLU (ELÇİN ŞIXLI)

May 28, 2010 By: qazax Category: Məşhurlar

1957-ci il oktyabrın 4-də  anadan olmuşdur.
1964-cə ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə 1974-cü ildə də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

(daha&helliip;)