Kəmərli güləş məktəbi
Pərviz Mustafayev
17.01.2010 tarixində Bakıda M.İsayevin xatirəsinə həsr olunmuş beynalxalq turnirdə Kəmərli güləş məktəbinin yetirməsi Pərviz Mustafayev 55 kq çəki dərəcəsində finalda İranlı rəqibini yenərək turnirin QIZIL medalına sahib oldu.
Xüsusi ilə onu da qeyd edək ki, Parviz Mustafayev 55 kq-da İKİ qat Azərbaycan çempionudur.
(daha&helliip;)
Nəriman Həsənzadə Əliməmməd oğlu
Doğum Tarixi: 1931
Doğum Yeri : Qazax
Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, 1954-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1981), filologiya elmləri namizədi (1965), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) – 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1953). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1978-1991). Dövlət Mətbuat Komitəsinin sədr müavini olmuşdur. (1991-1993). Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1975) və bir medalla təltif edilmişdir.