Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Nəriman Həsənzadə ~ Şer

Aprel 30, 2010 By: qazax Category: Qazax İnfo

Elə dayanırsan , elə baxırsan ,
Elə bil qarşında quru bir daşam .
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam .
(daha&helliip;)

Nəriman Həsənzadə Əliməmməd oğlu

Aprel 19, 2010 By: qazax Category: Fexrlerimiz

Doğum Tarixi: 1931

Doğum Yeri : Qazax

Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, 1954-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1981), filologiya elmləri namizədi (1965), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) – 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1953). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1978-1991). Dövlət Mətbuat Komitəsinin sədr müavini olmuşdur. (1991-1993). Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1975) və bir medalla təltif edilmişdir.

(daha&helliip;)