Qazax Goyezen Futbol Klubu
Goyezen futbol klubu 1986-ci ilde Qazaxda yaranmisdir. Muxtelif vaxtlarda futbol uzre Azerbaycan cempionatinin elitasinda istirak etmisdir. UEFA Regional Kubokunun istirakcisi olub.
Ugurlari: Azerbaycan SSR Milli Futbol Cempionati. Cempion (1) – 1986
Yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı
Yunan-Roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı
Yeniyetmələrin VI Respublika Oyunlarının proqramına daxil olan yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışında Sumqayıt, Gəncə, Qazax, Daşkəsən, Yevlax, Goranboy, Mingəçevir, Balakən, Göyçay, Füzuli, Zəngilan, Şəki şəhər və rayonlarından 110 idmançı iştirak etmişdir:
Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.
Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.
2008-ci ildə keçirilən yeniyetmələrin VI respublika oyunlarında Qazax idmançıları 7 idman növü üzrə iştirak edərək 4-ü qızıl olmaqla 12 medal əldə etmişlər. Ağır atletika üzrə yığma komanda həmin yarışlarda komanda hesabında birinci yeri tutmuşdur. İtaliyada keçirilən Kunq-fu üzrə Dünya çempionatında 2 nəfər qazax idmançısı gümüş medal qazanmışdır.
İdmançılıq ruhu QAZAXlıların genində var
Tarixən qazaxlılar dağlarda, dərələrdə at oynadıb, qılınc çalanda
300–500 il sonra onların bu vərdişlərinə idman deyiləcəyini bilmirdilər.
Amma onlar bu vərdişlərini çox seviblər.
Ona görə qazaxlılar bu gün də idmanı çox sevirlər, rayon gəncləri idmanın müxtəlif növləri ilə məşğul olurlar.
Dövlətin yaratdığı imkanlar isə onlar üçün bir hədiyyədir. Hazırda rayonda gənclərin istifadəsi üçün Olimpiya İdman Kompleksi, 15 min yerlik şəhər stadionu, 2 örtülü üzgüçülük hovuzu, 28 idman zalı və 137 idman qurğusu fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tapşırığı ilə rayonda tikilmiş
Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi bütün
rayon ictimaiyyətinin və gənclərin böyük sevincinə səbəb olub.
Qazax onlarla respublika çempionu, beynəlxalq turnirlərin qaliblərini yetişdirib.