Qazax Information Center

Yeni WordPress Saytı

Qazağın inkişafıda Heydər Əliyevin əvəzsiz rolu…

Aprel 16, 2010 134 views By: qazax Category: Qazax İnfo

heyder eliyev

“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”

Heydər Əliyev

Azərbaycanın bir çox digər şəhər və rayonları kimi Qazaxın da sözün həqiqi mənasında inkişafı Ümummilli ilderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər dönəmində sadəcə əkinçiliklə və barmaq sayı qədər xırda müəssisə və obyektlərin hesabına yaşayan rayon 1969–cu ildə ulu öndərin Azərbaycana rəhbər təyin olunmasından sonra əsil inkişaf mərhələsinə qədəm qoyub. Rayonda yeni sənaye müəssisələri yaradılmağa başlanıb, əkinçilik və maldarlığın inkişafı üçün geniş imkanlar yaradılıb.
Ümummilli lider Heydər Əliyevin Qazağa ilk səfəri 1971–ci il iyul ayının 27–də reallaşıb. Dahi öndər rayona Ağstafa su dəryaçasının açılışında iştirak etmək məqsədilə gedib. Heydər Əliyevin bu səfərindən sonra Qazaxda tərəqqi və inkişaf dövrü başlayıb. Belə ki, o, Bakıya qayıdan kimi rayonun sosial–iqtisadi inkişafı ilə bağlı sərəncam imzalayıb. Bu sərəncamın icrası 10 il müddətinə nəzərdə tutulsa da, görülən tədbirlər nəticəsində planlaşdırılan bütün işlər 8 ilə başa çatdırılıb. Rayonda yeni beşmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilib, yeni yollar salınıb, istifadəsiz halda olan magistrallar yenidən bərpa olunub, yolların hamısı asfaltlanıb. Heydər Əliyevin sərəncamı ilə rayonda əzəmətli avtovağzal, konserv zavodu, böyük xəstəxana, Mədəniyyət sarayı, Səməd Vurğun adına poeziya evi tikilib.
Çox qısa dövr ərzində Qazağın görkəmi tamamilə müasirləşib. Bu yeniləşmə digər sahələrdə də özünü göstərib. Xüsusilə təhsil və elmin inkişafı sahəsində böyük dönüşə nail olunub. Ulu öndər Heydər Əliyevin birbaşa tapşırığı ilə Qazağın gəncləri SSRİ–nin böyük təhsil ocaqlarına göndərilib, onların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi üçün hər cür şərait yaradılıb.
Qazax rayonu 1991–ci ildə əldə olunmuş müstəqillik dövründə də ulu öndər Heydər Əliyevin diqqət və qayğısını daim öz üzərində hiss edib. 1998–ci ildə rayona növbəti səfər edən Ümummilli lider Heydər Əliyev deyib:“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”


Leave a Reply