Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.
DAVAMI...
Nəriman Həsənzadə Əliməmməd oğlu
Doğum Tarixi: 1931
Doğum Yeri : Qazax
Həsənzadə Nəriman Əliməmməd oğlu — şair, dramaturq, 1954-cü ildən AYİ-nin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1981), filologiya elmləri namizədi (1965), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) – 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1953). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1978-1991). Dövlət Mətbuat Komitəsinin sədr müavini olmuşdur. (1991-1993). Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1975) və bir medalla təltif edilmişdir.
Qazax Müalicə-Diaqnostika Mərkəzində açıq ürək əməliyyatları keçirilir
Bakı. Elbrus Seyfullayev – APA. ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksək ixtisaslı həkimlərindən ibarət tibbi briqadası Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində (MDM) çalışan həmkarları ilə birlikdə Qazax MDM-də açıq ürək əməliyyatlarının icrasına start verib.
Sözügedən şöbənin müdiri, tibb elmləri namizədi Rəşad Mahmudovun rəhbərliyi ilə gerçəkləşdirilən bu əməliyyatların hamısı uğurla nəticələnib.
AZAD ŞABANOV ~ Haray
Azadın ifasında gözəl bir musiqi “HARAY”
AZAD ŞABANOV
Qazax rayonunun dilbər guşəsi “İncədərəsindən” olan, Azad Şabanov Faiq oğlu 1991-ci il yanvarın 3-də anadan olub.
Sarı Gəlin
150-200 illik tarixi olan, qədim Azərbaycan mahnısı…
150-200 years of history, ancient music Azerbaijan …
İsa Körpülü
QAZAX
Ləhcəsi var şirin-şəkər qəzəldən,
Qəlbi geniş asimandı bil, Qazax.
Şeir, sənət ocağıdır əzəldən,
Söz mülkünə xanimandı, bil, Qazax.
Davami →
Heydər Babam
Eldar Hesenli
Azərbaycan səslənir, sənin adın gələndə,
Bir ehtiram bəslənir, sənin adın gələndə,
Bir millət əzizlənir, sənin adın gələndə,
Bu Vətənə, bu xalqa olmusan sipər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!