Qazax Information Center

Yeni WordPress Saytı

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

Şair-Publisist Eldar Həsənlinin “Kəmərli” şeri və Kəmərli kənd ağsaqqalı Ocaqov İsmayıl haqqında düşüncələri…

Dekabr 29, 2009 2. 100 views By: qazax Category: Fexrlerimiz, Video

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Dərviş Vəli Xramçaylı

İyun 12, 2009 1. 936 views By: qazax Category: Şairlər və Yazıçılar

Vəli Xramçaylı 1955-ci il aprel ayının 27-də Sibirdə anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. «Azərbaycan təbiəti» jurnalında şöbə müdiri, məsul katib, baş redaktorun müavini vəzifəsində çalışıb. Hal-hazırda «Ocaq» qəzetinin təsisçisi və baş redaktorudur. 80-ci illərdən dövri mətbuatda şeirlərlə çıxış edib. Beş şeir kitabının müəllifidir.
Vəli Xramçaylının son illərdə yazdığı kitablardan biri də «Şairin kitabı»dır. Şair bu kitabda vətən həsrətindən, yar sevgisindən, dostluğa vəfadan, uşaqlığın ən gözəl çağlarından yazıb.
Kitabdakı şeirlər Oxucunun qəlbinin dərin tellərinə toxunur. Ələlxüsus kitabdakı vətən həsrəti ilə bağlı şeirlər hər bir insanın vətənini, doğulduğu yerləri xatırlamasına, vətəni haqda dərin düşüncələrə dalmasına səbəb olur.
Şairin sevgi ilə bağlı şeirlərində yar həsrəti, sevgi acısı daha qabarıq hiss olunur. Yarına qovuşmayan aşiqin yarsız keçirdiyi günlərdə çəkdiyi əzablar öz əksini tapır. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...