Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.
DAVAMI...
Səməd Seyidov
Əslən Qazax rayonunun Aslanbəyli kəndindən olan,Seyidov Səməd İsmayıl oğlu 1964-cü il yanvarın 18-də anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. İngilis və rus dillərini bilir.
Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.
Əhməd Seyidov
Əhməd Yusif oğlu 1882-ci ildə Qazax qəzasının Aslanbəyli kəndində dünyaya göz açmışdı.
Aşıq Cəlal Qəhrəmanov
Aşıq Cəlal Qəhrəmanov 1928-ci il aprel ayının 28-də Qazax rayonunun Kəmərli kəndində,müəllim ailəsində anadan olmuşdur.Aşıq Cəlal ~ Aşıq Avdı Qaymaqlının yanında şagirdliyə başlamış və 3 il ərzində saz sənətinin sirrlərinə yiyələnmişdir.Onun ifasında 23 saz havası Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilmişdir.Aşıq Cəlal Azərbaycan Aşıqlarının 1961-ci ildə ,Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur.Aşıq Cəlal 1978-ci ildə vəfat etmiş,Kəmərli Kənd qəbirsanlığında dəfn olunmuşdur.
Aşıq Avdı
Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə “Avdı və Mehriban” dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən “İncəgülü” saz havası yaradıb.
Qafar Sarıvəlli
Qafar Sarıvəlli 1956-cı il yanvarın 17-də Qazağın Kəmərli kəndində dünyaya göz açıb. 1973-cü ildə Kəmərli kənd orta məktəbini bitirb. Həmin ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1974-76-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub. 1980-ci ildə rəssamlıq məktəbini bitirib. 1985-ci ildən Respublika və Beynəlxalq sərgi-müsabiqələrinin daimi iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə ilk, 2005-ci ildə ikinci fərdi sərgisi keçirilib. 100-dən çox kitaba tərtibat verib, illüstrasiyalar çəkib. Rəsmlər toplusundan ibarət dörd kitabı çap olunub (1996, 2001, 2005 və 2008-ci illər).
Ailəlidir, iki övladı var.