Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Aslan Kəmərli

Aprel 30, 2010 470 views By: qazax Category: Fexrlerimiz

Mustafazadə Aslan Mustafa oğlu

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Aslan Kəmərli 1942-ci il noyabrın 19-da Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş (1949-1959), sonra kolxozda çalışmışdır (1959-1960). Bakı rabitə texnikumunda təhsilini davam etdirmişdir (1960-1963). Ordu sıralarında xidmət etmişdir (1963-1966). Əmək fəaliyyətinə “Neft daşları” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamış, sonra redaktor işləmişdir (1968-1971), “Azərbaycan gəncləri” qəzeti redaksiyasının xüsusi müxbiri olmuşdur (1971-1977). M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir (1971-1976). “Pioner” jurnalı redaksiyasında məsul katib (1977-1991), “Azərbaycan” qəzetində müxbir, sonra Gəncə-Qazax zonası üzrə xüsusi müxbir olmuşdur (1992-ci ildən). “Qazax” Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və ilk sədri idi (1992-ci ildən). SSRİ jurnalistlər dəstəsinin tərkibində Türkiyədə olmuşdur. Ədəbi yaradıcılığa “Xala bənzər”, “Dənizdə şəhər” adlı ilk mətbu şeirləri ilə başlamışdır. Həmin lirik şeirləri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çapdan çıxdıqdan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.

1992-ci il oktyabr ayının 21-də avtomobil qəzası nəticəsində vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.

Əsərləri
1.Kəndimizin baharı.
2.Obamıza yönüm düşüb.
3.Yadigar şəkil.
4.Ömrümə düşən işıq.
5.Yolumu gözləyən var.
6.Babamın yüz yaşı var.
7.Ölümdən o yana.

Leave a Reply