Qazax Information Center

Yeni WordPress Saytı

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

Abdulla bəy Divanbəyoğlu (1883 – 1936)

Dekabr 29, 2010 1. 878 views By: qazax Category: Şairlər və Yazıçılar

Abdulla bəy Divanbəyoğlu (Abdulla Vəlağa oğlu Sübhanverdixanov) 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.

1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Nigar Şixlinskaya

Dekabr 29, 2010 2. 249 views By: qazax Category: Fexrlerimiz

Nigar Şixlinskaya (1878 – 1940)

Nigar Hüseyn Əfəndi qızı Şixlinskaya 1878-ci ildə  anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur. Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.

General Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xaç” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım gecə-gündüz bilmədən bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir. Əliağa Şıxlinski öz xatirələrində yazmışdır: ”Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur.” Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Abbas ağa Nazir (Qayıbzadə)

Dekabr 29, 2010 1. 846 views By: qazax Category: Şairlər və Yazıçılar

Abbas ağa Nazir (Qayıbzadə – 1849-1919)

Nazir təxəllüslü Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atası, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadədən və məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin nəzdində açılmış məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Əbdürrəhman ağa Dilbaz oğlu

Dekabr 29, 2010 1. 832 views By: qazax Category: Şairlər və Yazıçılar

Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı – XIX əsrin əvvəlləri)

Dövrünün tanınmış şairlərindən biri olan Əbdürrəhman ağa Dilbaz oğlu Şair Qazax mahalının Xanlıqlar kəndində anadan olmuşdur. Bədxahları Gürcüstan hakimi İrakliyə Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onunla əlbir olduğunu, bəzi siyasi məsələləri həll etmək üçün onların tez-tez görüşdüklərini söyləyirlər. İrakli qəzəblənib şairin gözlərini çıxartdırır. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Kazım Ağa Salik

Dekabr 29, 2010 1. 813 views By: qazax Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Yeddi qardaş arxeoloji abidəsi

Dekabr 18, 2010 2. 143 views By: qazax Category: Qazax İnfo

Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur.

Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Avey dağı

Dekabr 18, 2010 2. 528 views By: qazax Category: Qazax İnfo

Avey – Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə “Ay Tənqri” (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

Tags: ,
1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Qazax mücahidləri!

Noyabr 26, 2010 1. 976 views By: qazax Category: Qehramanlar

Qazax mücahidləri!
1921-ci ilde Azerbaycandan Türkiyənin Amasya bölgəsinə geden və Türkiyədə mezalim eden Rum Cetelerine karşı Türk halkini qorumaq üçün Karaağac kəndine köməyə gedən Qazaxlı könüllülər.


Şəkildəkilər:

1 . Teze Mahmut Azari (Mahmud koxa)- Yuxarı Salahlı.
2. Qara -Yuxarı Salahlı
3. Şahvelet Kazak- Yuxarı Salahlı.
4. Qubadan olan şexsdir.
5. İlyas kisi (Topal İlyas)- Daş Salahlı.
6. Medet Bey Annaxlı- Yuxarı Salahlı.
7. Kinyaz Bey- Şıxlı.
8. Yasin Bey Miralayef- Daş Salahlı.
9. Penax bey Vekilov- Yuxarı Salahlı.
10. Nazif Bey Miralayev- Daş Salahlı.
11. Hacı Mahmud Efendinin oğlu Hacı Veyisin böyük oğlu İbrahim Efendidir- İnce deresi..
12. Necefoğlu- İnce Deresinden.
13. Alı Bey Şıxlınski-
Birinci Şıxlı.
14. Alı beyin qardaşı Kazım Bey Şıxlınski- Birinci Şıxlı.
15. Medet Beyin emisi oğlu Mehemmet Bey Annaxlı- Yuxarı Salahlı.
16. Medet Beyin qardaşı Hüseyin Bey- Yuxarı Salahlı. niz size gonderebilerem.


Şəkil 1944-cü ildə çəkilib

(Yusif Əfşara material üçün təşəkkürlər)

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

El pəhləvanı Məhəmmədəli Qazaxlı

Noyabr 11, 2010 2. 160 views By: qazax Category: Fexrlerimiz

İbrahimov Məmmədəli 1914-cu ildə Qazaxda anadan olmuşdur.1930 cu ilde Bakı təyyarəçilik məktəbini qurtarıb,1933 cu ildə Ali Hərbi Akademiyaya qəbul olmuş,bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir.Bundan başqa rus dili ve edebiyyatı muəllimi kimi də Qazağın müxtəlif kəndlərinin məktəblərində çalıshmışdır. 1946 ci ildə Yunan-Roma güleəşi üzrə SSSR-i çempionu olmuşdur.1949 cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır ve ömrünün sonuna qədər orada çalışmışdır.bununla bərabər əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşudur.Əməkdar incəsənət xadimi olmuşdur. 1977 ci il 9 aprel tarixində vəfat etmişdir. Hal hazırda Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.

1 Star2 Stars3 Stars4 Stars5 Stars(No Ratings Yet)
Loading...

Hacı Mahmud Əfəndi haqqında video

Noyabr 09, 2010 1. 861 views By: qazax Category: Video

Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars(1 votes, average: 5,00 out of 5)
Loading...