Qazax Information Center

Yeni WordPress Saytı

Qazağın İncədərəsində ən çox sevilən “Sozali” , “Ədə Nəsif” musiqisi

Dekabr 29, 2010 By: qazax Category: Musiqi, Video

İncə Dərəsi filmi

İyun 01, 2010 By: qazax Category: Qazax İnfo, Video

Məzmun:  İncə dərəsi Qazax rayonunun Gürcüstanla sərhəd hissəsində yerləşir. İnci çayının sahilindəki Kəmərli – kimer, Qaymaqlı- qamak, Aslanbəyli- incu kəndləri özünəməxsus yaşayış tərzini bugünə kimi qoruyub saxlayıb. Azərbaycan musiqi folklorunun nümunəsi olan “Qım-qıma” da incə dərəsiylə bağlıdır. Televiziya filmində bu bölgə insanlarının müqəddəs ziyarətgahı olan böyük sufi nəqşibəndi təriqətinin davamçısı Hacı Mahmud əfəndinin türbəsi də lentə alınmışdır. (daha&helliip;)

Aşıq Avdı

May 11, 2010 By: qazax Category: Aşıqlar, Məşhurlar

Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə “Avdı və Mehriban” dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən “İncəgülü” saz havası yaradıb.

(daha&helliip;)

Ağamalı Sadiq Əfəndi

Aprel 26, 2010 By: qazax Category: Şer

Görəydim bivəfa,fani dünyada
Ürəkdən sevinib güləjəmmi bir
Gözləri yol çəkən qoca anamın
O küskün könlünü alajammı bir
(daha&helliip;)

İNCƏDƏRƏSİ QIZLARI

Aprel 15, 2010 By: qazax Category: Şer

Sevdirir hər an özünü,
Süzür o qara gözünü.
Deyir, hər an xoş sözünü,
İncədərəsi qızları.

Qazax gözəlidir onlar,
Elin əzəlidir onlar.
Şair qəzəlidir onlar,
İncədərəsi qızları.

Sərin bulaq üstə enən,
Xəyalla alışıb, dönən.
Bəxt ulduzu yanıb, sönən,
İncədərəsi qızları.

Dostluqda saf vəfalıdır,
Könlü coşqun, səfalıdır,
Etibarlı, cəfalıdır,
İncədərəsi qızları.

Uymaz özgə şirin dilə,
Kəmər taxar incə belə,
Sevilər obaya-elə,
İncədərəsi qızları.

Uzun hörüklü teli ilə,
Zəhmətsevər öz əli ilə,
Öyünər Qazax eli ilə,
İncədərəsi qızları.

Aslanbəyli çiçəkləri,
Qaymaqlının göyçəkləri,
Kəmərlinin ləçəkləri,
İncədərəsi qızları.

(müəllif:Sevinc İncəli)

Qazax Information

Aprel 14, 2010 By: qazax Category: Qazax İnfo

qazax.biz

Qazax
Ərazisi – 701 km2
Əhalisinin sayı – 80576
İnzibati mərkəzi – Qazax


Qəsəbələr / KəndlərAşağı Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı, Omarağalı, Dəmirçili, Kəmərli, Hüseynbəyli, Canallı, Daş Salahlı, Ağ Kö ynək, Qarapapaq, Qaymaqlı, Xanlıqlar, Kosalar, Çaylı, Kom-munna, Ikinci şıxlı, Orta Salahlı, Qazaxbəyli, Aslanbəyli, Aşağı əskipara, Xeyrımlı, Bağa-nıs, Quşçu Ayrım, Məzəm, Dəmirçilər, Ürk-məzli, Alpoud, Abbasbəyli, Cəfərli, Bala Cə-fərli, Barxudarlı, Sofulu, Fərəhli, Qızıl Hacılı, Yuxan Əskipara. .


QAZAX,iNCEDERESI,KEMERLI-OCAQLAR

(daha&helliip;)

AY INCƏDƏRƏM

Aprel 14, 2010 By: qazax Category: Şer

Qoynunda məclisim xoş keçir hər an,
Xoş günlər keçəsən, ay İncədərəm,
Aman verin xəbər alım sazından,
Şirin söz biçəsən, ay İncədərəm!

Hər kəndinin bir dastanlıq sözü var,
Hər odunun doğma yanan közü var,
Unutma! uzaqda ellər qızı var,
Mənəm sənçün əsən, ay İncədərəm!

Dolandım başına inan ki, xeyli,
Sənə baxan varmı, bəs yad nəzərli?
Kəmərli, Qaymaqlı, baş Aslanbəyli,
Könül oxşar desəm, ay İncədərəm!

Ümidsiz insanam, ümidim oldun,
Həm arxam, dayağım, gərəyim oldun,
Sanma el qızıyam, sən unuduldun,
Sənsiz ki, mən heçəm, ay İncədərəm!

(müəllif: Sevinc Incəli )

Sevinc İncəliyə öz təşəkkürümüzü bildiririk…

(daha&helliip;)