Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.
DAVAMI...
Ibrahim Molla Rəhim oğlu Rəhimov
Ibrahim Molla Rəhim oğlu Rəhimov (1851-1927)
Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixatr həkim, həkim-humanist, ictimai xadim İbrahib Rəhimov Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olub.
Share on Facebook
Bizə yazın
123
Share on Facebook
Qazax şəhəri-Avey dağındakı Alban məbədi
Qədim məbəd Avey dağının cənub zirvəsində yerləşir, qərb tərəfdən qədim yolu var. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını bildirir. İki nefli (otaqlı) məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Aparılmış qazıntılardan əldə edilən materiallara əsasən məbəd V-VII əsrlərdə Qafqaz Albaniyası dövlətinin dövründə tikilib. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.
Share on Facebook
Qazax Dövlət Rəsm Qalereyası
Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. Davami →
Share on Facebook
Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1160 eksponat vardır.
2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı.
1982-ci ildən hər il respublikamızda “Vaqif” poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.
Share on Facebook
İtalyanın Milli Qəhrəmanı Qazaxlı Tahir İsayev
Tahir İsayev Qazax rayonunda Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açmışdır. Müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu. Davami →
Share on Facebook
Dahi Şairimiz Səməd Vurğunun “ekskluziv” video yazısı
Share on Facebook
Qazağın İncədərəsində ən çox sevilən “Sozali” , “Ədə Nəsif” musiqisi
Share on Facebook