Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Səməd Vurğun

May 28, 2010 164 views By: qazax Category: Məşhurlar

Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı il martın 21-də Qazaxın Yuxarı Salahlı kəndində Vəkilovlar ailəsində doğulmuşdur. Anası Məhbubə xanımı 6 yaşında itirən Səmədin tərbiyəsi ilə nənəsi Ayişə xanım məşğul olmuşdur.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.

Səməd ilk təhsilini öz kəndində 1874-cü ildə açılmış rus-tatar məktəbində almışdır. 1918-ci ildə F.Köçərlinin Qazaxda açdığı Qori Müəllimlər Seminariyasına daxil olur. O, Seminariyada skripka qrupunda məşğul olmuş, Məcnun rolunda çıxış etmişdir. M.V.Vidadini, M.P.Vaqifi, Q.Zakiri çox sevmiş, M.Ə.Sabiri, Tofiq Fikrəti, Namiq Kamil, Rza Tofiqi həvəslə mütailə etmiş, rus dilini bildiyindən A.S.Puşkini, M.Lermontovu orijinaldan oxuyurdu.

Şair 1920-ci ildə komsomola daxil olur, Qaraqoyunluda kəndsayağı komsomol hərəkatına qoşulur. Bu dövr həyatını «Komsomol» poemasında təsvir etmişdir. Səməd Vurğun Qazax məktəbində işləyən zaman müəllimlərin rayon konfransında Raykom katibini və RİK sədrini kəskin tənqid etdiyindən baş götürüb gedir. Şair 1926—1927-ci illərdə Qubada, 1928-1929-cu illərdə isə Gəncədə müəllim işləyir. M.Cəlal, S.Şamilov, H.Araslı və Ə.Cəmillə tanış olur, «Qızıl Gəncə» jurnalında şeirlərini çap etdirir. 20-ci illərin sonlarında artıq şeirləri Bakı mətbuatında da çap olunmağa başlayır.

1929-cu ildə Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. 1931-ci ildə Bakıya qayıdan şair Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olur. 1930-cu ildə «Şairin andı», 1932-ci ildə «Fanar», 1934-cü ildə «Könül dəftəri» kimi şeirlər kitabları ona şöhrət qazandırır.

O, 1934-cü ildə Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul katibi, 1935-ci ildə ZSFSR İcraiyyə Komitəsinin üzvü seçilir. 1936-cı ildə Sovet hakimiyyətinin 15-ci ildönümü münasibəti ilə Stalinin qəbulunda olub, ona həsr etdiyi «Rəhbərə salam» şeirini oxuyur.

1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.

1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür. Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:

Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.

– misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən olur.

1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir

1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.

1955-ci ildə Pekində sağalmaz xəstəliyə düşür. 50 illik yubileyi münasibəti ilə Azərbaycanda ilk dəfə ona «Xalq şairi» adı verilir. Ona Lenin ordeni verilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı oxunsa da, şair buna yataqda radioda qulaq asdı.

1956-ci il mayın 27-də vəfat etmiş şair Fəxri xiyabanda dəfn olunmuşdur.

Əsərləri
26-lar
Bəsti (əsər)
Xanlar (əsər)
Vaqif (əsər)
İki Sevgi
Zamanın bayraqdarı
Şairin Həyatı
Şairin andı
Aprel (əsər)
Fonar (əsər)
Muğan (əsər)

Leave a Reply