Qazax Information Center

Yeni WordPress Saytı

Mirvarid Dilbazi

İyun 01, 2010 751 views By: qazax Category: Məşhurlar

Dilbazi Mirvarid Paşa qızı 19 avqust 1912 Qazax rayonunun Musaköy kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan xalq şairi, 1967-ci ildə əməkdar mədəniyyət işçisi, 1973-cü ildə əməkdar incəsənət xadimi, 1932-ci ildə APİ-nin ədəbiyyat və ictimaiyyət fakültəsini bitirmişdir.
Yaradıcılığa təhsil illərində başlamışdır. Qadın azadlığı mövzusunda yazdığı “Qadınların hürriyyəti” adlı ilk kiçik həcmli poeması 1928 ildə “Maarif və mədəniyyət” jurnalında dərc olunmuş, “Bizim səsimiz” adlı ilk kitabı 1934 ildə çapdan çıxmışdır. “Döyüş mahnıları”, “Xatirələr” toplularında, “Berlin yanır” və s. şerlərində qələbəyə sarsılmaz inam əksini tapmışdır.Əmək adamlarının mənəvi zənginliyi, beynəlmiləlçilik müharibədən sonrakı lirikasının ana xəttini təşkil edir: “Sənətkarın xəyalı”, “Seçilmiş şerlər” , “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Qar çiçəkləri”, “Çiçəkdən çiçəyə”, “Durnalar ötüşəndə” və s. topluları.
Yaradıcılığının aparıcı mövzularından biri də qadınlıq mövzusudur: “Məhəbbət”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Ana ürəyi”, “Məhəbbətin göz yaşları” poemaları, “Analıq duyğuları” silsiləsi və s. Yaradıcılığında təbiət lirikası əhəmiyyətli yer tutur: “Bənövşələr üşüyəndə”, “Abşeron bağları” kitabları və s.

Çağdaş Azərb. uşaq ədəbəiyyatının yaradıcılarından və ən görkəmli nümayəndələrindəndir: “Nağıllar”, “Şerlər”, “Kiçik dostlarıma”, “Yaz gəlir”, “Lalənin ağacları” və s.. Ə. Nəvai, A.S. Puşkin, T.Q. Şevçenko, N. Tixonov, S. Mixalkov, S. Marşak, Zülfiyyə, A. Sereteli, Jalə və başqalarından tərcümələr etmişdir. Əsərləri bir sıra dillərə tərcümə olunmuş, şerlərinə mahnı, romans və oratoriyalar bəstələnmişdir. 2 “Şərəf nişanı” ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycanın “İstiqlal” ordeni ilə təltif edilmişdir.

13 iyul 2001 Bakıda vəfat etmişdir.

Müharibəyə qədər işıq üzü görən kitabları

Bizim səsimiz 1934
İlk bahar 1937

Müharibə mövzusuna həsr olunmuş kitabları

Döyüş mahnıları 1941
Kamal 1942
Ağarzayev 1942
Neft 1942
Vətən eşqi 1942
Qoçaq ataların qoçaq övladlarına 1942
Xatirələr 1945

Sonrakı dövrlərdə çap olunan kitabları

Sənətkarın xəyalı 1948
“Seçilmiş şerlər” 1957
Məhəbbət bizimlə qoşa doğulur 1959 Bakı, Gənclik; 227 s.
Şerlər 1962 Bakı, Azərnəşr 22 s.
Xatirələr olan yerdə 1964
Həyat lövhələri 1967
Bənövşələr üşüyəndə 1970
Ana qanadı (şeirlər, poemalar və hekayələr) 1972 Bakı, Gənclik; 489 s.
Yasəmən fəsli 1976
Dağ çiçəyi 1977 Bakı, Gənclik; 320 s.

«Seçilmiş əsərləri» (üç cilddə) 1981-1983 Bakı, Yazıçı; I cild – 324 s.; II cild – 336 s.; III cild – 218 s.
Qar çiçəkləri 1984 (Şerlər, poemalar, pyeslər) – Bakı, Gənclik; 280 s.
Durnalar ötüşəndə 1989 Bakı, Yazıçı; 272 s.
Çiçəkdən-çiçəyə 1991 Bakı, Gənclik; 287 s.
“Seçilmiş əsərləri” 2004 Bakı, Lider; 278 s.

Uşaqlar üçün yazdığı kitablar

Nağıllar 1940
Şerlər 1951
Kiçik dostlarıma 1956
Gülbahar 1957
Yaz gəlir (Bahar nəğmələri) 1968
Lalənin ağacları 1970
Abşeron bağlarında 1984 (Hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün) Bakı, Gənclik; 96 s.

Leave a Reply