Qazax Information Center

Yeni WordPress Saytı

Nüsrət Kəsəmənli

İyun 01, 2010 115 views By: qazax Category: Məşhurlar

Kəsəmənli Nüsrət Yıısif oğlu
(29.12.1946 – 17.10.2003)
Azərbaycanın Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı
Kəsəmənli Nüsrət Yusif oğlu-sair, publisist, 1977-ci ildən Azərbaycanın Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).
1946-cı il dekabrın 29-da Azərbaycanın Qazax rayonunun Kalininkənd kəndində fəhlə ailəsində doğulmuşdur.

Kirovka kənd orta məktəbini bitirdikdən sonra ADU-nun jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985). 60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifidir. Moskvada gənc yazıçıların VI-Vll Ümumittifaq müşavirələrində iştirak etmişdir. Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI-VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). «Dünyaya pəncərə» sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). İki medalı var. 2003-cü il oktyabrın 16-da vəfat etmişdir.
aspiranturasında təhsilini davam etdirmişdir. Burada dissertasiya müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi almışdır (1979). Bitki xammalından yeni qida məhsullarının alınması istiqamətində elmi tədqiqatla məşğuldur. İndiyədək 4 ixtiranın, 100-dən çox elmi məqalə və metodiki vəsaitin müəllifidir. Xarici ölkələrdə beynəlxalq konfrans və simpoziumlarda olmuş, elmi məruzələrlə çıxış etmişdir. Azərbaycan Texnologiya İnstitutunda, Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda müəllim olmuşdur. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Qida məhsulları texnologiyası» kafedrasının müdiridir.
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Lakin şerlərini dövri mətbuatda çap etdirməsə də toplu halda «Nüvədidə qalan talan könlüm, talan könlüm, talan könlüm» (2000) və «Könlüm yanağındakı xalında qaldı» (2003) kitablarında kütləvi tirajla nəşr olunmuşdur..

Tags: «Afroditanın qolları», «Ənbizlərin keşiyində», «Mövzu üzrə improvizasiya», , , , , talan könlüm» (2000) və «Könlüm yanağındakı xalında qaldı» (2003) kitablarında kütləvi tirajla nəşr olunmuşdur..

Leave a Reply