Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Yeddi qardaş arxeoloji abidəsi

Dekabr 18, 2010 158 views By: qazax Category: Qazax İnfo

Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur.


Bura ilə bağlı maraqlı əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum etməyə hazırlaşır. Xəbər tutan camaat gecə-gündüz kəndin yuxarı başında yeddi-yeddi keşik çəkməyə başlayırlar. Növbə kənddə yaşayan yeddi qardaşa çatır. Onlar növbədə ikən düşmənlərin mühasirəsinə düşürlər. Allaha dua edirlər ki, düşmənin əlinə keçməsinlər. Bu duadan sonra göydən ildırım çaxır, yağış yağır. Səs-küyə camaat oyanır, kəndi müdafiə edir, qardaşlar isə daşa dönür. O vaxtdan bu yer pir olub.

Leave a Reply