Qazax Information Center

Yeni WordPress Saytı

“Qazağı” rəqsi

Oktyabr 22, 2010 1. 579 views By: qazax Category: Video

“Qazağı” rəqsi      Танец “Казахи”       “Gazakhi” dance

Qazax öz xalq sənətkarları, aşıqları ilə tanılır. Xalq musiqiçilərinin yaratdığı döyüş ruhlu, zövq oxşayan, xalqın istək və arzularını ifadə edən musiqilər nəsillərdən nəsillərə keçərək öz əksini milli rəqslərimizdə tapıb. Qazax elində ən geniş yayılan rəqslərdən “Qazağı” rəqsidir.

“Qazağı” qədim Azərbaycan rəqslərindən biridir. Adından məlumdur ki, rəqs Qazax rayonunda yaranmışdır. Yarandığı yerdən uzaqlarda da məşhurdur. Olduqca yeyin hərəkətli rəqsdir. Coşqun ritmləri onu kişilərin ən sevimli rəqslərindən birinə çevirir. Belə fərz olur ki olunur ki, “Qazağı” döyüş rəqsidir. Onu yürüşə və hərbə gedəndə ifa edirlərmiş.

Rəqs çox versiyalara malikdir və müxtəlif alətlərdə səslənə bilir. Lakin 1936-cı ildə bəstəkar Üzeyir Hacıbəyov mahnı və rəqs ansamblı yaradarkən bir sıra mütəxəssislərin köməyi ilə bu rəqsi xoreoqrafik yönümündə işləyərək nota salınmışdır. Səhnə tamaşası kimi quruluşunda “Qazağı” onu böyük məharətlə oynamağı bacaran bir dəstə kişi tərəfindən ifa olunur. Rəqsdə düzümü rəngarəng və texniki cəhətdən mürəkkəb hərəkətlər çoxdur. Məişətdə, el şənliklərində bu rəqs solo qaydasında ifa olunur. Kişi rəqslərinin çoxunda olduğu kimi, hökmən sərrast hərəkətlər, daxili qüvvənin əzəməti tələb olunur və oynayanlardan hər biri öz qabiliyyətini, rəqsdə nəyə qadir olduğunu göstərməyə çalışır

Танец “Казахи”

Казах славен своими народными исполнителями, ашугами. Исполняемая ими музыка, пройдя сквозь века, нашла свое отражение в народных танцах. Одним из широко распространенных в Казахе танцев является “Казахи”.

“Казахи” древний азербайджанский танец. Как видно из названия, танец возник в этих краях, но получил распространение далеко за пределами Казаха. “Казахи” очень ритмичен, изобилует сложными движениями и исполняется этот танец мужчинами. Предполагается, что он возник как боевой танец, и воины танцевали его перед боем для поднятия духа.

Существуют различные версии танца и исполняется он под различные инструменты. В 1936 году, при создании ансамбля песни и танца, Узеир Гаджибеков переложил танец на ноты. Как сценическая постановка “Казахи” танцуется группой мужчин. А в повседневной жизни, на народных гуляниях танец обычно исполняется одиночными танцорами.

* * * * * * * * * * * * * * * * * * * * * * *

“Gazakhi” dance

Gazakh is famous for its folk performers – ashugs. The music they perform has developed through the centuries and get its reflection in folk dances. One of the most common in Gazakh region dance is “Gazakhi”.

“Gazakhi” is an ancient dance of Azerbaijan. As the name implies, the dance originated in this region, but has been spread far beyond the Gazakh. This dance is performed only by male performers. “Gazakhi” is very rhythmic and full of complex movements. It is assumed that the dance originated as a war dance, and the warriors danced it before the fight to lift the spirit of the troops.

There are different versions of the dance and it can be performed for different instruments. In 1936 a great Azeri composer Uzeir Hajibeyov created a State Ensemble of Song and Dance and put the dance “Gazakhi” to the musical notation. As a stage production “Gazakhi” is danced by a group of men. But in everyday life, on folk holidays the dance usually performed by single dancers.

Yüklə,Download mp3 – “Qazağı” rəqsi Танец “Казахи” “Gazakhi” dance

Leave a Reply