Qazax Information Center

Yeni WordPress Saytı

Baba Mirzəyev Mahmud oğlu

İyul 09, 2010 1. 453 views By: qazax Category: Fexrlerimiz, Musiqi

Azərbaycanın xalq artisti.
( 7.11.1940 – 6.12.2006 )
Orta məktəbi gümüş medalla bitirərək 1956-cı ildə Neft-Kimya İnstitutunun neft-mexanika fakültəsinə daxil olmuşdur. İlk kursdan ali məktəbin özfəaliyyət ansambılının solisti olmuş, eyni zamanda A.Zeynallı adına musiqi məktəbində Seyid Şuşinskinin sinfində dinləyici olaraq, muğamın sirlərini öyrənmişdir. Bu illərdə bir sıra müsabiqələrin qalibi olmuşdur. 1959-cu ildə Moskvanın Qurultaylar Sarayında “Heyratı” muğamı ilə Həmkarlar İttifaqını V konqresi iştirakçıları qarşısında çıxış etmişdir. 1961-ci ildə ali məktəbi başa vurmuş, Səttarxan adına zavodda əmək fəaliyyətinə başlamışdır. 1962-ci ildə Opera vo Balet Teatrı üçün keçirilən “Gözəl səslər” müsabiqəsində birinci yeri tutaraq, maestro Niyazi tərəfindən teatra dəvət edilmişdir. 1970-ci ildən teatrın daimi truppasına daxil olmuşdur. Elə həmin ildən “Leyli və Məcnun” operasında Məcnun obrazını yaradaraq bљ- yњk partiyalar aremasıpa yol açmışdır. Daha sonralar “Şah İsmayıl”, “Əsli və Kərəm”. “Aşıq Qərib” operalarında baş rolları ifa etmişdir. C.Mahangirovun “Xanəndənin taleyi” operasındakı Mir Seyid obrazını, Ş.Axundovanın “Gəlin qayası” osornploki Camat obrazlarıpı böyük məharətlə yaratmışdır və bu obrazlar haqqında maestro Niyazi, Fikrət Əmi­rov kimi böyük musiqiçilər fikir söyləmişlər.

“Gəlni qayası”. “Xanəndənin taleyi”, “Aşıq Qərib” operaları və 200-dək mahnı və muğamlar onun ifasında radionun qızıl fonduna yazılmışdır. 1980-ci ildə Azərbaycan musiqi tarixinidə ilk dəfə olaraq xalqın hafizəsindən silinmiş və yaddan çıxmış xalq mahnılarını gələcək nəsillərə çatdırmaq üçün “Dastan” folklor ansambılı yaratmışdır

İlk dəfə olaraq klassik aşıq havalarını orijinal şəkildə folklor ansambılının ifasında lentə yazdırmışdır. Dünyanın 63 ölkəsində Azərbaycan musiqisini uğurla təmsil etmişdir.

Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.2006-cı il dekabrın 6-da Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.

Leave a Reply