Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Səməd Seyidov

May 12, 2010 548 views By: qazax Category: Qazax İnfo

Əslən Qazax rayonunun Aslanbəyli kəndindən olan,Seyidov Səməd İsmayıl oğlu 1964-cü il yanvarın 18-də  anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. İngilis və  rus dillərini bilir.

Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvüdür.

1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur.

2005-ci il noyabrın 6-da 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədridir.

Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.

Leave a Reply