Qazax Information Center

Yeni WordPress Saytı

Nəriman Həsənzadə ~ Şer

Aprel 30, 2010 111 views By: qazax Category: Qazax İnfo

Elə dayanırsan , elə baxırsan ,
Elə bil qarşında quru bir daşam .
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam .

Səni dostlarımla , tanışlarımla ,
Mən tanış edərdim nə vaxtsa bir-bir .
İndi özgələri yad ehtiramla ,
Deyirlər tanış ol ….
Nə qəribədir ?!

Yuxuda görərdin nə vaxtsa hər dəm ,
Yolumu gözlərdin yollardan uzaq .
Mən sənin yuxundan çıxıb gəlmişəm ,
Bu da bir yuxudur , gəl tanış olaq .

Qoluna girərdim … bu , yadındadır ,
gedərdik … yolumuz , arzumuz şərik .
Qolum qollarının lap yanındadır ,
toxunsa biz indi üzr istəyirik .

Hayanda oldumsa səhər , ya axşam ,
Aradın sən məni , gördün sən məni .
İndi gözlərinin qabağındayam ,
Hayanda durum ki ,
Görəsən məni ?

Leave a Reply

Cavabı ləğv etmək üçün tıklayın.