Qazax Information Center

Yeni WordPress Saytı

Mehdi Hüseyn

İyun 24, 2010 148 views By: qazax Category: Şairlər və Yazıçılar

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax II Şıxlı kəndində dünyaya göz açmışdır.
Hüseynov Mehdi Əli oğlu—Nasir, Dramaturq, Tənqidçi, 1943-cü ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950)

1909-cu il martın 22-də Azərbaycanın Qazax
mahalının II Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada ilk təhsilini almışdır Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Qazax seminariyasında
təhsilini davam etdirmişdir, komsomol sıralarına daxil olmuşdur (1921) Ədəbi yaradıcılığa seminariyanın II kursunda ikən
“Yeni fikir” (Tiflis) qəzetində çap etdirdiyi
kiçik Həcmli məqalələrlə başlamışdır Lakin
“Qoyun qırxımı” adlı ilk Hekayəsi 1927-ci ildə
dərc olunmuşdur. Ailəliklə Bakıya köçdükdən
sonra burada Bakı pedaqoji texnikumunu bitirmiş (1926). Bakı ədəbi mühiti onu yazıb yaratmağa ruhlandırmışdır Oçerk, Hekayə,
ədəbi-tənqidi məqalələri ilə dövri mətbuatda
tez-tez çıxış etmişdir ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır
(1926-1931) Sonra Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya
tipli kinossenariçilər kursunu bitirmişdir
(1938) Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi
(1930-1934), Azərbaycan Yazıçılar İttifaqı idarə
Heyətinin katibi (1954-1958), sonra birinci katibi (1958-1965), Ümumittifaq Yazıçılar İttifaqı idarə Heyətini katibi (1958 1965) olmuşdur 20-30 -cu illərdən dövrün ən vacib
İctimai-siyasi problemlərini, tarixi-inqilabi keçmişi əks etdirən Hekayə. povest və romanlar qələmə almışdır Dram yaradıcılığına isə 1939-cu ildə “Şöhrət” adlı pyeslə başlamışdır Sonra “Şamil” (1940-1941),
“Nizami” (1942), Cavanşir” (1957) tarixi dramlarını. “Alov” (1961). “İntizar” (1944. şərikli), “Qardaşlar” (1948) pyeslərini Yazmışdır O, bir
sıra kinossenarilərin müəllifidir: “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə şərikli), “Səhər” (1958), “Qara daşlar” (1958) Onun klassik və müasir ədəbiyyatın mühüm problemlərinə dair məqalələri elmi-nəzəri səviyyəsi ilə seçilmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir O, görkəmli ictimai xadim kimi tanınırdı. AzərbaYcan KP MK-nın üzvü (1958-1965), Ali Sovetin çağırış) və Azərbaycan
Ali Sovetinin (V çağırış) deputatı olmuşdur SSRİ Ali Soveti nümayəndə Heyətinin tərkibində Türkiyəyə getmiş, Asiya və Afrika ölkələri yazıçıları Həmrəylik Komitəsinin konfranslarında iştirak etmişdir sülhü Müdafiə Komitəsinin Fəxri fərmanına layiq görülmüşdür “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur Onun adına Bakıda küçə, Qazax raYonunda məktəb və sovxoz vardır.
1965-ci il martın 10-da vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur Bakı küçələrindən birinə onun adı verilmişdir..

Leave a Reply