Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Heydər Babam

Aprel 17, 2010 688 views By: qazax Category: Şer

Eldar Hesenli

Azərbaycan səslənir, sənin adın gələndə,
Bir ehtiram bəslənir, sənin adın gələndə,
Bir millət əzizlənir, sənin adın gələndə,
Bu Vətənə, bu xalqa olmusan sipər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!



Sən, ey şah vüqarımız, sən, ey dağ
qürurumuz,
Ey damarda qanımız, ey gözlərdə nurumuz,
Düşüncəmiz, duyğumuz, hissimiz,
şüurumuz,
Dizdə taqət, qolda güc, ey canda hünər baba,
Bütün Türk dünyasının babası Heydər baba!

Sən qoşa bir zirvəsən, Heydər baba dağıyla,
Sən dünyada məşhursan,
Atatürk qaynağıyla!
Gəlmisən yer üzünə ancaq sülh sorağıyla,
Səpdiyin hər bir toxum cücərər, bitər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!

Sən biçimdə dünyaya özgəsi gələ bilməz,
Şərik çıxıb dərdimə, tən yarı bölə bilməz,
Sənə qarşı millətin istəyi ölə bilməz,
Zaman bir də yetirməz, sənin kimi ər baba!
Bütün Türk dünyasının babası Heydər baba!

Özünü siyasətçi sananlardan incimə,
Allahını qəlbində dananlardan incimə.
Ağlıdayaz, duyğusuz — nadanlardan incimə.
Vətənin dar günüdür, gər sinəni, gər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!

Sənin öz əlindədi dərdimizin çarası,
Sən gəlməsən, millətin sağalarmı yarası?!
Bir də qayıt Vətənə, Gəncə, Bakı arası,
Öz əlinlə əkdiyin çiçəkləri dər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!

Dillər, dinlər içində gəl özün qur dövləti,
Qoyma yad əllərində dağılmağa sərvəti,
Ölüm-itim, qan-qada üzdü daha milləti,
Al saçaqlı günəşi üstümüzə sər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!

Həsənlinin qəlbində əbədi heykəlin var,
Gələcəyin əlini sıxa bilən əlin var!
Dünyaya şəfəq saçan, nurlu, pak əməlin var,
Sizə haqdan pay gəlib, o cürət, təpər, baba!
Bütün Türk dünyasının babası Heydər baba!
10 oktyabr, 1992
Eldar HƏSƏNLİ, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

Leave a Reply