Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır

Aprel 14, 2010 623 views By: qazax Category: Qazax İnfo

Əvvəlcə Qazax şəhərinə gələn dövlətimizin başçısı Heydər parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Prezident parkda aparılmış abadlıq-quruculuq işləri ilə tanış oldu. Məlumat verildi ki, Heydər Əliyev elm mərkəzinin də yerləşdiyi parkda genişləndirmə işləri aparılmış, yaşıllıq zolağı salınmış, dekorativ kollar və güllər əkilmişdir. İndi bura qazaxlıların sevimli istirahət yerlərindən biridir.

Sentyabrın 24-də Qazax şəhərində Heydər Əliyev Elm Mərkəzinin açılışı olmuşdur.

Prezident İlham Əliyev açılışı bildirən rəmzi lenti kəsdi.

Orijinal formalı geniş binada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən Ubiq’Window sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə ulu öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə kitabxana, kompüter kursları da yaradılmışdır. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və sair göstərilir.

Prezident İlham Əliyev fotoşəkillərə və eksponatlara, ekranda nümayiş etdirilən səma cisimlərinə baxdı. Dövlətimizin başçısı Elm Mərkəzindəki funksional əlaqə studiyasında bir neçə rayon məktəbləri ilə monitor vasitəsilə birbaşa əlaqəyə girdi.

Sonra dövlətimizin başçısı Elm Mərkəzinin qarşısındakı parkda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sentyabrın 24-də Qazaxda Müalicə-Diaqnostika Mərkəzinin açılışı olmuşdur.

Tibb işçiləri mərasimdə iştirak etmək üçün buraya gələn Prezident İlham Əliyevi səmimiyyətlə qarşıladılar. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, mərkəzlə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzdə quraşdırılan bütün tibb aparatları, avadanlıq xaricdə istehsal olunmuşdur. Bunlar xəstələrin daha müasir üsullarla müayinəsinə imkan verəcək, onların müalicə üçün paytaxta və başqa yerlərə getməsinə ehtiyac qalmayacaqdır.

Yeni müalicə ocağında yaradılan şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tibb işçilərini təbrik etdi, onlarla xatirə şəkli çəkdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Qazax Dövlət Rəsm Qalereyasının açılışında da iştirak etmişdir.

Qalereya ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, hazırda sərgi salonunda 62 rəsm əsəri nümayiş etdirilir. Onların bir qismi Rəssamlar İttifaqının hədiyyəsidir. Qalereyada uşaq rəsm dərnəyi də fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Qazax rayonuna səfərini başa çatdıraraq, Ağstafa rayonuna gəlmişdir.


Leave a Reply