Qazax Information Centre


Tapdıq Əliyev

İyul 09, 2010 181 baxış By: admin Category: Fexrlerimiz Çap Et Çap Et

Əlipaşa oğlu

(1.7.1945)

Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrü fatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993).

Azərbaјҹan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-73- illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik el mi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi-Tədqiqat Hidrotexnika Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-77), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə

“Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki  dayanıqlılığı’” mövzusunda doktorluq dissertasiyası mudafiə etmişdir. 1979-93-cü illərdə Alekseyevski adına elmi-tədqiqat Su Təsərrüfatı İnistitutunda hidrotexniki tikinti şöbəsnin rəisi işləmişdir. 1993- ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun muavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur.

Rusiya xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq elmlər namizədi doktoru hazırlanmışdır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.