Qazax Information Centre


Tofiq Babanlı

İyul 09, 2010 190 baxış By: admin Category: Idman Çap Et Çap Et

Babanlı Tofiq Xanlar oğlu (14.2.1937)

İdman ustası (1958), Azərbaycanın əməkdar məşqçisi (1966), Beynəlxalq dərəcəli hakim (1995).

1952-ci ildən “Burevestnik” İdman Cəmiyyətində boksla məşğul olmağa başla mışdır. 1952-62-cı illərdə dəfələrlə

Azərbaycan çempionu, beynəlxalq turnirlə- rin qalibi olmuşdur. 1958-ci ildə “İdman ustası” adına layiq görülmüşdür. 1960-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1960-1972-ci illərdə Bakı Uşaq Gənclər İdman Məktəbində və “Ehtiyat Əmək Qüvvələri” cəmiyyətində, id­man 1972-1988-ci illərdə isə “Məhsul” İdman cəmiyyətində baş məşqçi kimi fəaliyyət göstərmişdir.

1965-ci ildə Azərbaycanın yığma boks komandasına baş məşqçi təyin olunmuşdur.

1967-ci ildə rəhbərlik etdiyi yeniyetmə yığma boks komandası I gümüş, 2 bürünc medal qazanmışdır. Məşqçi işlədiyi dövrdə 32 idman ustası hazırlamışdır.

1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna baş muəllim vəzifəsinə təyin olunmuşdur. 10-na yaxın elmi əsər və dərs vəsaitinin müəllifidir.

1993 -cü ildən Azərbaycan Gənclər və İdman Nazirliyində baş mütəxəssis vəzifəsində çalışır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

1 Comments to “Tofiq Babanlı”


  1. pervane says:

    Siz bizim boyuk fexrimizsiniz!Size tewekkurler!!!!!!!!!!!!11

    1


Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.