Qazax Information Centre


Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi

Fevral 14, 2011 607 baxış By: admin Category: Qazax İnfo Çap Et Çap Et

Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1160 eksponat vardır.

2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı.

1982-ci ildən hər il respublikamızda “Vaqif” poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

2 Comments to “Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi”


  1. GOZEL QAZAX!!!Sevirem ve sevecem SENI!!!

    1
  2. Qazax Ziyalilar diyaridir!!!

    2


Leave a Reply