Qazax Information Centre


Archive for the ‘Qazax İnfo’

Qazax şəhəri-Avey dağındakı Alban məbədi

Mart 25, 2011 By: admin Category: Qazax İnfo

Qədim məbəd Avey dağının cənub zirvəsində yerləşir, qərb tərəfdən qədim yolu var. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını bildirir.  İki nefli (otaqlı) məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Aparılmış qazıntılardan əldə edilən materiallara əsasən məbəd V-VII əsrlərdə Qafqaz Albaniyası dövlətinin dövründə tikilib. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Qazax Dövlət Rəsm Qalereyası

Fevral 14, 2011 By: admin Category: Qazax İnfo

Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. (daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , Qazax Dövlət Rəsm Qalereyası,

Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi

Fevral 14, 2011 By: admin Category: Qazax İnfo

Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1160 eksponat vardır.

2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı.

1982-ci ildən hər il respublikamızda “Vaqif” poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace