Qazax Information Centre


Archive for the ‘Fexrlerimiz’

Şair-Publisist Eldar Həsənlinin “Kəmərli” şeri və Kəmərli kənd ağsaqqalı Ocaqov İsmayıl haqqında düşüncələri…

Dekabr 29, 2010 By: admin Category: Fexrlerimiz, Video

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Nigar Şixlinskaya

Dekabr 29, 2010 By: admin Category: Fexrlerimiz

Nigar Şixlinskaya (1878 – 1940)

Nigar Hüseyn Əfəndi qızı Şixlinskaya 1878-ci ildə  anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur. Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.

General Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xaç” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım gecə-gündüz bilmədən bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir. Əliağa Şıxlinski öz xatirələrində yazmışdır: ”Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur.” (daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

El pəhləvanı Məhəmmədəli Qazaxlı

Noyabr 11, 2010 By: admin Category: Fexrlerimiz

İbrahimov Məmmədəli 1914-cu ildə Qazaxda anadan olmuşdur.1930 cu ilde Bakı təyyarəçilik məktəbini qurtarıb,1933 cu ildə Ali Hərbi Akademiyaya qəbul olmuş,bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir.Bundan başqa rus dili ve edebiyyatı muəllimi kimi də Qazağın müxtəlif kəndlərinin məktəblərində çalıshmışdır. 1946 ci ildə Yunan-Roma güleəşi üzrə SSSR-i çempionu olmuşdur.1949 cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır ve ömrünün sonuna qədər orada çalışmışdır.bununla bərabər əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşudur.Əməkdar incəsənət xadimi olmuşdur. 1977 ci il 9 aprel tarixində vəfat etmişdir. Hal hazırda Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , İbrahimov Məmmədəl, , , ,