Qazax Information Centre


Qırmızı körpü

Yanvar 20, 2012 244 baxış By: admin Category: Qazax İnfo Çap Et Çap Et

Memarlıq abidələrimizin tacı hesab olunan Qırmızı körpü Qazax-Tbilisi yolunda, Xram (Təpədöy) çayı üzərində qurulub. Hal-hazırda Gürcüstanla Azərbaycan arasında olan dövlət sərhədi məhz burdan keçir. Abidə XII əsrdə Atabəy hökmdarı Məhəmməd Cahan Pəhləvan zamanında tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu – 8,2 m, 16,1 m, 8 m, 26,1 m) körpünün ümumi uzunluğu 175 metrdir. Sahildə eni 12,4 m, keçid hissədə isə 4,3 m. Başdan-başa bişmiş kərpiclə üzləşmiş abidə buna görə də “Qırmızı körpü” adını alıb.

Sahil dayaqlarında vaxtilə karvanların gecələməsi üçün geniş otaqlar var (sol sahilində 168 kv.m, sağ sahilində 116 kv.m). Belə iri karvansaların olması körpünün karvan yollarında böyük əhəmiyyət daşıdığını göstərir. Qırmızı körpü üslub cəhətdən qədim Gəncə, Xudafərin, Marağa və Ərdəbil körpüləri ilə eyniyyət təşkil edir. XVII əsrdə Şax Abbas tərəfindən əsaslı təmir etdirilib və bəzədilib.

Xalq arasında bu körpüyə Sınıq körpü də deyilir. Lakin Qırmızı körpüdən daha qədim olan tarixi Sınıq körpü çay axarı ilə 100 metrə aralıda yerləşirdi. Gümana görə o Qafqaz Albaniyası dövründə (V əsr) inşa edilib. Tikiləndən uzun illər sonra körpünün tacı, daş çatmasının biri sınır. O vaxtdan adı Sınıq körpü qalıb. Zaman içərisində dağılan körpünün qalıqları indi də bilinir. Yaxınlıqdakı məşhur Qırmızı körpü ilə birlikdə ikisinə Qoşa körpü adını veriblər.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: korpu, qazax korpu, qirmizi korpu

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.