Qazax Information Centre


Rəfail İNCƏYURD

Sentyabr 21, 2011 200 baxış By: admin Category: Şairlər və Yazıçılar Çap Et Çap Et

İsmayılov Rəfail Ağakişi oğlu (Rəfail İncəyurd) 04 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub. 1961-1971-ci illərdə Kəmərli kənd orta məktəbini, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakultəsini bitirib, 1979-1981-ci illərdə ordu sıralarında xidmət edib.Əmək fəaliyyətinə 1971-ci ildən doğulduğu kənddəki sovxozda fəhlə kimi başlayıb, universiteti bitirdikdən sonra Qubadlı rayonunun Fərcan kəndindəki orta məktəbdə iki il müəllim işləyib və ixtisası üzrə ta 1986-ci ilədək Bakı şəhərində bir sıra müəssisələrdə çalışıb. 1986-cı ildən nəşriyyat sahəsinə keçib, BDU nəşriyyatında redaktor kimi işə başlayıb.

“Təhsil” nəşriyyatında redaktor, “Diplomat” nəşriyyatında baş redaktop, “Xarici Siyasət Arxivi” jurnalında baş redaktorun müavini, Odlar Yurdu Universitetinin nəşriyyatında redaktor olub.200-dən çox elmi və bədii kitablara redaktorluq edib, ön sözləri və təqdimatlar yazıb.Dövrü mətbuatda 1975-ci ildən müntəzəm çıxış edir. Türkiyə və Rusiya mətbuatında da çap olunur.Beş kitab müəllifidi. “Ömürdən oyana yollar uzanır”, “Səda” nəşriyyatı, 1996, “Könül dünyam”, “Diplomat”, 2001, “Köhnə kişilər”, “Adiloğlu”,2004, “Köz yaşı”, “OKA-Ofset”, 2007, “15-imdən 55-ə varanda…” “İncə” nəşriyyat evi, 2009.Bir neçə kitab və almanaxların tərtibçisidir.Türkiyənin Kayseri şəhərinin Erciyez univerisitetində birinci kitabı haqqında diplom işi yazılıb.AYB-nin və AJB-nin üzvüdür.2011-ci ilin Prezident təqaüdçüsüdür.Bakı şəhərində yaşayır, yaradıcılıqla məşqul olur. Ailəlidir. Uç övlad var.

KÖHNƏ KİŞİLƏR

***

Köhlən atlarını çapıb getdilər,

Köhnə yollarıynan köhnı kişilər.

Tutub qoyduğuynan, gör-görkəmiynən,

Tamaşa kişilər, səhnə kişilər, -

O köhnə kişilər, köhnə kişilər.

***

Aranlı oldular, dağlı oldular,

Millətin qeyrəti, ağlı oldular.

Yenilməz dağların oğlu oldular,-

Bilmədi aman nə, ah nə kişilər,

O köhnə kişilər, köhnə kişilər.

***

Milləti əydilər baş üzənlərə,

Teyləyib tökdülər boş düzənlərə.

Yaxşı ki, dözmədi biz dözənlərə,

Sığmadı məcraya, rəhnə kişilər,

O köhnə kişilər, köhnə kişilər.

***

Indi çəmən bəyaz, axar su aldı,

Göylər müəmmadı, yerlər sualdı,

Bu yazzıq vətəni yenə su aldı,

Yoxsa qırıldımı dəhnə, kişilər?

Of! Köhnə kişilər, köhnə kişilər.

***

Döyülüb getdilər, döyüb getdilər,

Sözünü vaxtında deyib, getdilər.

Çox heyif, İncəyurd, heyif, getdilər,

Bini-bərəkəti təhnə kişilər,

O köhnə kişilər, köhnə kişilər.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.