Qazax Information Center

Yeni WordPress Saytı

Ağalar bəy Qiyasbəyli

İyul 01, 2010 124 views By: qazax Category: Şairlər və Yazıçılar

Ağalar bəy Qiyasbəyli müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu

Ağalar bəy Yusif bəy oğlu 14 avqust 1874-cü ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdu. 1886-cı ildə Dağkəsəmən kənd məktəbinə getmiş, 1890-cı ildə məktəbi bitirmişdi. Əbdüləli bəy Muxtarovun sinifində oxumuşdu. 1890-1891-ci dərs ilində Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olmuşdu. Atasını erkən itirdiyindən 1895-ci ildə Qafqaz Təhsil Dairəsinə ərizə verib ekstern imtahanla diplom aldı. Onu təyinatla Nuxa Şəki qəzasının Koxmux kəndinə göndərdilər. Ordan Vəndam kənd məktəbinə dəyişildi. Görkəmli pedaqoq Qazax qəzasının Şıxlı, Ərəş qəzasının Ağdaş məktəblərində çalışmışdı. Bir müddət Qars şəhərində işləmiş, sonra Novo-Bayazid qəzasının Qaraqoyunlu və Gölkənd kəndlərində işləmişdi. 1902-1903-cü illərdə Nuxa qəzasının Padar kəndinə dəyişilmişdi. Sonra ailə vəziyyəti ilə bağlı Dağkəsəmən və Poylu kəndlərinə göndərilmişdi. Orda bir müddət işləyəndən sonra, 2 may 1906-cı ildə Yelizavetpol qəzasının Ziyadı kəndinə yollanmışdı.

Ağalar bəy öncə Səkinə xanımla, onun vəfatından sonra əmisi qızı Qızxanım xanımla ailə qurmuşdu. Afayət xanım adlı qızı vardı.

Əsərləri

Nuxa qəzasının toy adətləri, Tiflis
Gəncə qəzası Ziyadlı kəndi
Rəvayət və inam

Tags: Ağalar bəy Qiyasbəyli

Leave a Reply

Cavabı ləğv etmək üçün tıklayın.