Qazax Information Centre


Aşıq İlham Aslanbəyli

İyun 11, 2010 128 baxış By: admin Category: Aşıqlar Çap Et Çap Et

Hacıyev İlham Musa oglu 1965-ci il fevral ayının 25-də
Aslanbəylidə anadan olmuşdur. 1982-ci ildə orta məktəbi
bitirmişdir. 1993-cü ildə Azərbaycan Texniki Universitetini
bitirmişdir. Aşıq sənəünə İncəli Aşıq Kərəmin
ustadlığı ilə başlamışdır.

LAYLA DE, LAYLA

Ruhuma dərmansan, yarama məlhəm,
Söz ver sarı simə, layla de, layla.
Dünya beşgünlükdür, ömür isə kəm,
Yaralı qəlbimə layla de, layla.
***

Əyilməz dağ idim güllərim solub,
İndi yol yoldaşım kədər, qəm olub,
Yaman kövrəlmişəm, ürəyim dolub,
Bağlıyam bir himə, layla de, layla.
***
Özünü yormasm heç kim havayı,
Ana laylasına laylandır tayı,
Anamdan savayı, səndən savayı,
Demərəm heç kimə, layla de, layla.
***
Bəlkə də kor bəxtim, taleyim yatıb,
Gəmilərim sonsuz dəryada batıb,
Həyat qəm şələsin çiynimə çatıb,
Əlac et dərdimə, layla de, layla.
***
Bu eldə, obada bilirəm hamı,
Böyük ustad sayır aşıq Ilhamı.
Qəmginəm, yetişib layla məqamı,
Baş vur o tılsimə, layla de, layla.

( Elbrus Qəmgin tərəfindən Ustad aşiq İlham Aslanbəyliyə. )

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.